Icma.az
close
up
RU
ŞƏT də iştirak Avropaya mesajdır AÇIQLAMA

ŞƏT də iştirak Avropaya mesajdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya nizamında baş verən dəyişikliklərin Avropaya da təsir etdiyini nümayiş etdirib. Bunu Parisdə keçirilən “istəklilər koalisiyası”nın danışıqlarından sonra mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron deyib.

Azərbaycanın da iştirak etdiyi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı dünya nizamında hansı dəyişikliklərə səbəb olub?

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Fransa Prezidenti Emmanuel Makronun Çində keçirilən ŞƏT sammitinə dair söylədiyi fikirlər əslində qlobal nizamın yeni mərhələsini xarakterizə edir.

"Onun “dünya nizamında dəyişikliklərin Avropaya təsiri” barədə dedikləri Avropa liderlərinin artıq Asiya mərkəzli inteqrasiyalara daha diqqətlə yanaşdığını göstərir. ŞƏT sadəcə regional qurum deyil, qlobal siyasi və iqtisadi proseslərə təsir imkanlarını artıran bir platformaya çevrilib. Makronun Parisdə “istəklilər koalisiyası”nın toplantısından dərhal sonra bu açıqlamanı verməsi də təsadüfi deyil. Bu, Avropanın yeni güc mərkəzlərinin formalaşmasını diqqətlə izlədiyini göstərir".

Politoloq qeyd etdi ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitdə iştirakı isə Bakının çoxşaxəli xarici siyasət kursunun davamıdır.

"Azərbaycan təkcə enerji layihələri ilə deyil, həm də nəqliyyat və təhlükəsizlik təşəbbüsləri ilə ŞƏT məkanında strateji tərəfdaş kimi çıxış edir. Bu iştirak Avropaya da mesajdır: Bakı qlobal proseslərdə tək bir qütbə bağlı deyil, balanslı siyasət yürüdür. Makronun çıxışı göstərir ki, Avropa artıq Şərqdəki qurumları görməzlikdən gələ bilmir. Əks halda dünya nizamının formalaşmasında kənarda qalmaq riski ilə üz-üzədir. ŞƏT sammitində qəbul edilən sənədlər Asiya dövlətlərinin uzunmüddətli inkişaf vizyonunu ortaya qoyur. Bu vizyonun enerji, nəqliyyat və texnologiya sahələrində Avropaya da təsirləri qaçılmaz olacaq".

Müsahibimizin fikrincə, Azərbaycan körpü rolunu oynayaraq həm Şərq, həm də Qərb üçün vacib tərəfdaş kimi mövqeyini gücləndirir.

"Makronun mesajı əslində Avropa İttifaqının da yeni reallıqlara uyğun siyasət formalaşdırmağa məcbur olduğunu təsdiqləyir. Yəni, artıq Avropa yalnız öz daxilində deyil, Şərqdəki proseslərdə də daha aktiv mövqe sərgiləməlidir. Azərbaycan bu proseslərdə strateji önəmi ilə seçilən ölkə olaraq Avropanın diqqətini üzərinə çəkir. Nəticə etibarilə, Makronun çıxışı dünya siyasətində Şərq-Qərb balansının yeni konturlarını açıq şəkildə ortaya qoydu", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri