Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın
Xüsusilə Çində “Şanxay Əməkdaşlıq Təşkilatı Plus” formatında keçirilən sammitdə Azərbaycan Prezidentinin iştirakı, orada çıxış etməsi və keç
Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu sonuncu səfər də iki ölkə arasındakı münasibətləri daha da irəli aparmaq üçün əla bir fürsət oldu: "Aparılan müzakirələr Azərbaycanın Çin iqtisadiyyatına çıxışını asanlaşdıraraq ölkəmizə Çin texnoloji yeniliklərinə birbaşa çıxış imkanı yaradıb.
Bu əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yaşıl enerji layihələrinin reallaşması üçün də yeni fürsətlər gətirib.
Dünya liderləri və digər dövlət başçıları ilə keçirilən görüşlərlə paralel olaraq Çindəki beynəlxalq şirkət və korporasiyaların rəhbərləri ilə aparılan müzakirələr sadaladığım məsələlərin operativ və intensiv həllinə hədəflənib.
Çin Xalq Respublikasının Prezidenti cənab Si Cinpinlə baş tutan görüş zamanı Çin liderinin “Mənim əziz dostum” deyərək müraciət etməsi iki lider arasında çox xoş və səmimi münasibətin mövcud olduğunu göstərir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezidentin Türkiyə və Pakistan liderləri, MDB ölkələrinin dövlət başçıları və türkdilli dövlətlərin liderləri ilə keçirdiyi görüşlər xüsusi olaraq qeyd edilməlidir: “Rusiya Prezidenti Vladimir Putinlə cənab Prezident arasında hər hansı bir görüşün olub-olmayacağı jurnalistlər tərəfindən maraqla izlənilirdi.