Icma.az
close
up
RU
ŞƏT sammiti iki ölkə arasındakı münasibətləri daha da irəli apardı DEPUTAT ŞƏRH ETDİ

ŞƏT sammiti iki ölkə arasındakı münasibətləri daha da irəli apardı DEPUTAT ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına baş tutan işgüzar səfəri məhsuldar oldu. Xüsusilə Çində “Şanxay Əməkdaşlıq Təşkilatı Plus” formatında keçirilən sammitdə Azərbaycan Prezidentinin iştirakı, orada çıxış etməsi və keçirdiyi görüşlər yüksək qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu sonuncu səfər də iki ölkə arasındakı münasibətləri daha da irəli aparmaq üçün əla bir fürsət oldu:

"Aparılan müzakirələr Azərbaycanın Çin iqtisadiyyatına çıxışını asanlaşdıraraq ölkəmizə Çin texnoloji yeniliklərinə birbaşa çıxış imkanı yaradıb. Bu əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yaşıl enerji layihələrinin reallaşması üçün də yeni fürsətlər gətirib. Dünya liderləri və digər dövlət başçıları ilə keçirilən görüşlərlə paralel olaraq Çindəki beynəlxalq şirkət və korporasiyaların rəhbərləri ilə aparılan müzakirələr sadaladığım məsələlərin operativ və intensiv həllinə hədəflənib. Çin Xalq Respublikasının Prezidenti cənab Si Cinpinlə baş tutan görüş zamanı Çin liderinin “Mənim əziz dostum” deyərək müraciət etməsi iki lider arasında çox xoş və səmimi münasibətin mövcud olduğunu göstərir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezidentin Türkiyə və Pakistan liderləri, MDB ölkələrinin dövlət başçıları və türkdilli dövlətlərin liderləri ilə keçirdiyi görüşlər xüsusi olaraq qeyd edilməlidir: “Rusiya Prezidenti Vladimir Putinlə cənab Prezident arasında hər hansı bir görüşün olub-olmayacağı jurnalistlər tərəfindən maraqla izlənilirdi. Ancaq parad zamanı, parad öncəsi Vladimir Putin, cənab Prezident və hörmətli Mehriban xanımla salamlaşma səhnəsinə şahidlik etdik. Sonradan isə Vladimir Putin Çindən mətbuat açıqlaması zamanı ona ünvanlanan Azərbaycanla bağlı sualı cavablandıraraq, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini və Azərbaycana önəm və dəyər verdiklərini vurğuladı. Hesab edirəm ki, səfərin nəticələri Azərbaycanın iqtisadiyyatının güclənməsinə, Azərbaycanın artan mövqeyinin daha da inkişaf etməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri