Sevinc Heydərova: Flora Kərimova şantajla məndən 30 min manat istəyir VİDEO | Icma.az
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu yaxınlarda estetik cərrahlar barədə yayılan məlum siyahıda adı çəkilənn estetik cərrah Sevinc Heydərova baş verənlər və haqqında yayılan ittihamlarla bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, cərrah bu siyahıda adının olmasını qəbul etmir: “Çox təəssüf ki, 50 nəfərin adının olduğu bu siyahıda bizim adımız həkim olmayanlarla bir sırada gedir.
O siyahıda 4-5 nəfər həkim olmadan estetik prosedur edən varsa da, böyük əksəriyyəti Tibb Universitetini bitirən, rezidentura keçən ixtisaslı həkimlərdir.
Bizim sertifikatlarımızın guya saxta olduğu bildirilir. Bu da əsassızdır.
Mənim sertifikatımı heç bir türk həkimi, Türkiyə klinikası verməyib. Biz Azərbaycan qanunlarına uyğun hərəkət edirik".
Sevinc Heydərova qeyd edib ki, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas dəyişib, imtahan verib və 5 ildən bir bu imtahanları təkrarən verir: "Hamı bilir ki, bütün həkimlər xarici ölkələrdə yenilikləri öyrənmək, təkmilləşmək üçün konfrans və dərslərə qoşulur.
Biz xaricdə ixtisaslı həkimlərin yanında yeni təcrübələr qazanırıq və sonda müəyyən sertifikat verilir.
Tam oxu
Xəbəri oxu