Icma.az
close
up
RU
Sevinc Heydərova: Flora Kərimova şantajla məndən 30 min manat istəyir VİDEO

Sevinc Heydərova: Flora Kərimova şantajla məndən 30 min manat istəyir VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu yaxınlarda estetik cərrahlar barədə yayılan məlum siyahıda adı çəkilənn estetik cərrah Sevinc Heydərova baş verənlər və haqqında yayılan ittihamlarla bağlı açıqlama verib.

Bakupost.az xəbər verir ki, cərrah bu siyahıda adının olmasını qəbul etmir:

“Çox təəssüf ki, 50 nəfərin adının olduğu bu siyahıda bizim adımız həkim olmayanlarla bir sırada gedir. O siyahıda 4-5 nəfər həkim olmadan estetik prosedur edən varsa da, böyük əksəriyyəti Tibb Universitetini bitirən, rezidentura keçən ixtisaslı həkimlərdir.


Bizim sertifikatlarımızın guya saxta olduğu bildirilir. Bu da əsassızdır. Mənim sertifikatımı heç bir türk həkimi, Türkiyə klinikası verməyib. Biz Azərbaycan qanunlarına uyğun hərəkət edirik".

Sevinc Heydərova qeyd edib ki, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas dəyişib, imtahan verib və 5 ildən bir bu imtahanları təkrarən verir:

"Hamı bilir ki, bütün həkimlər xarici ölkələrdə yenilikləri öyrənmək, təkmilləşmək üçün konfrans və dərslərə qoşulur. Biz xaricdə ixtisaslı həkimlərin yanında yeni təcrübələr qazanırıq və sonda müəyyən sertifikat verilir. Səhiyyə Nazirliyi uşaq oyuncağı deyil. Biz ixtisasımızı qanunvericiliyə uyğun vermişik. Heç kim bu ölkədə özbaşına həkim ola bilməz”.

Sevinc Heydərova bildirib ki, gündəmi çalxalayan siyahı bir neçə həkimin qaralama kampaniyasıdır və sifarişlidir:

“Bir neçə həkim düşünür ki, niyə bunların xəstələri çoxdur, hamı onları seçir, biz artıq tələbatlı deyilik. Buna görə çirkin yola əl atıblar. Estetik plastik cərrahiyyə əl bacarığından asılıdır. Əgər pasiyent sizi seçmirsə, deməli, əl işinizi bəyənmirlər. Yaxşı cərrah olsaydınız, sizi seçərdilər. Bu gün Azərbaycanda təkcə Sevinc yox, digərləri yox, ancaq siz qalıb işləsəz də, pasiyentlər sizə müraciət etməyəcək.

O ki qaldı Flora Kərimovanın ittihamına, Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər? Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. O həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam.

Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir.

O endokrinoloqun, ondan öncə də onun gözünü əməliyyat edənin adını açıqlasın. Flora xanım nə səbəbdən bu haldadır, özü açıqlasın. Onun indi də Səhiyyə Nazirliyini məhkəməyə verməsi nə əsasladır?

Bu gün mənim haqqımda mənfi ictimai rəy yaradırlar. Qənirə Ataşla mənim şəxsi tanışlığım yoxdur. Kiminsə sifarişi ilə mənim karyerama bilərək zərər vuracaq biridirmi, onu da bilmirəm. Qanun qarşısında bərabər hüquqluyuq. Bu gün mən öz adımdan və digər 50 nəfərin adından hüquqlarımızı qorumaq üçün Azərbaycan dövlət qurumlarından, hüquqi orqanlardan yardım istəyirəm. Bizi sosial şəbəkələrdə saxtakarlıqda ittiham edirlər. Xahiş edirəm, bununla bağlı tədbir görülsün. Azərbaycan həkimlərini heç kim əsassız alçaldıla bilməz. Bizim hüquqlarımızı qoruyun.”


Aygün Musayeva, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri