Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının İlqim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi Azərbaycan dövlətinin bu uğuruna mane olmaq istəyənlərin planlarını pozub.
COP29-un baş tutmasına mane olmaq üçün Qərb siyasi dairələrinə bel bağlayan anti-Azərbaycan qüvvələrin cəhdləri puça çıxdı.
Ona görə də rüsvayçı duruma düşən Sevinc Osmanqızı kimi təxribatçılar COP29-un guya dünya ölkələri tərəfindən boykot edildiyi barədə qarayaxma kampaniyasına əl atıb.
Əslində, Azərbaycan dövləti əleyhinə böhtan və şərçilik etmək “Osmanqızı” TV-nin əzəli missiyasıdır.
Bu qondarma telekanalın rəhbəri və aparıcısı Sevinc Osmanqızı Qərbdə Azərbaycana düşmənçilik bəsləyən hər kəsə mikrofonluq etməklə məşğuldur.
Sevinc Osmanqızı üçün fərqi yoxdur, istər erməni olsun, istər fransız, yaxud amerikalı.
O, Azərbaycan dövlətçiliyinə qarşı mübarizədə hər kəsin yanındadır. Bu dəfə də Sevinc Osmanqızı öz ənənəsinə sadiq qaldı.