Icma.az
close
up
RU
Sevinc Osmanqızının “mikrafonçuluğu”

Sevinc Osmanqızının “mikrafonçuluğu”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının İlqim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi Azərbaycan dövlətinin bu uğuruna mane olmaq istəyənlərin planlarını pozub. 

COP29-un baş tutmasına mane olmaq üçün Qərb siyasi dairələrinə bel bağlayan anti-Azərbaycan qüvvələrin cəhdləri puça çıxdı. Ona görə də rüsvayçı duruma düşən Sevinc Osmanqızı kimi təxribatçılar COP29-un guya dünya ölkələri tərəfindən boykot edildiyi barədə qarayaxma kampaniyasına əl atıb.

Əslində, Azərbaycan dövləti əleyhinə böhtan və şərçilik etmək “Osmanqızı” TV-nin əzəli missiyasıdır. Bu qondarma telekanalın rəhbəri və aparıcısı Sevinc Osmanqızı Qərbdə Azərbaycana düşmənçilik bəsləyən hər kəsə mikrofonluq etməklə məşğuldur. 

Sevinc Osmanqızı üçün fərqi yoxdur, istər erməni olsun, istər fransız, yaxud amerikalı. O, Azərbaycan dövlətçiliyinə qarşı mübarizədə hər kəsin yanındadır. Bu dəfə də Sevinc Osmanqızı öz ənənəsinə sadiq qaldı. O, sevinclə COP29-un boykot ediləcəyini, Azərbaycanın biabır olacağını bəyan etsə də, niyyətinə çata bilmədi. 

Dünya ölkələrinin nüfuzlu liderləri, ictimai fəallar, yüzlərlə kütləvi informasiya vasitəsi Bakıya toplaşdı. Sammitin keçirilməsindən məyus olan bir ermənilər idi, bir Emmanuel Makron, bir də Sevinc Osmanqızı. Bu bivec jurnalist indi puça çıxan yalanlarını ört-basdır etmək üçün çığır-bağır salır, COP29-un əhəmiyyətini azaltmağa çalışır, Azərbaycanın ünvanına növbəti ləkə yaxır. 

Çünki Sevinc Osmanqızı Azərbaycanın uğurundan şoka düşüb. COP29 kimi nüfuzlu tədbiri gözdən salmaq üçün Qərbdəki ağalarının qarşısında öhdəlik götürən Sevinc Osmanqızının təxribatçı çıxışları indi daha çox getmiş qatarın arxasınca daş atmağa bənzəyir. 

Sevinc Osmanqızının bir Azərbaycan düşməni olduğunu görmək üçün onun COP29 tədbiri ilə bağlı fikirlərinə nəzər salmaq yetər. O, sammitin guya baş tutmadığına dair iki mənbəyə istinad edir. 

Onlardan biri Fransanın ekologiya naziri Panye-Ruşanye, digəri isə Hindistan mediasıdır. Bu dövlətlərin hər ikisi Ermənistanın yaxın dostu və müttəfiqi olmaqla yanaşı, erməniləri Azərbaycana qarşı silahlandırmaqla məşğuldur. Deməli, COP29-un Bakıda keçirilməsindən siyasi depressiya sindromu yaşayan fransalı nazirlə, yaxud Ermənistana uzaqmənzilli raketlər satan Hindistanla Sevinc Osmanqızının maraqları üst-üstə düşür. 

Halbuki, bu sammit ilk növbədə, BMT-nin tədbiridir, Azərbaycanın paytaxtı isə bir məkan kimi seçilib. Amma Sevinc Osmanqızı kimi ruporlar Azərbaycana göstərilən beynəlxalq etimada kölgə salmaq üçün bütün dünyaya təhqirlər yağdırmağa hazırdır. 

Bu məntiqlə, daha doğrusu məntiqsiz davranışla COP29 sammiti İrəvanda keçirilsəydi, yəqin ki, Sevinc Osmanqızı bu tədbirin birinci carçısı olardı. Əslində, Biomüxtəliflik üzrə Tərəflər Konfransı - COP17-nin Ermənistanda keçiriləcəyini nəzərə alsaq, “Osmanqızı” TV yəqin ki, bu tədbiri sevinclə işıqlandıran, şəninə təriflər yağdıran media qurumlarından biri olacaq.

Bu baxımdan, Bakıda baş tutan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası əleyhinə qara piar vasitəsi kimi “Osmanqızı TV”-nin  seçilməsi təsadüfi deyil. Bütün münaqişələrdə, o cümlədən informasiya müharibəsində rəqibə qarşı ən təhlükəli silah xəyanətdir. 

COP29-un Bakıda keçirilməsinə mane ola bilməyən Qərb siyasi dairələri, onlara bağlı olan qeyri-hökumət təşkilatları və media qurumları Azərbaycana Sevinc Osmanqızının təbliğat maşınından istifadə edərək daxildən hücum etməklə gec də olsa müəyyən nəticəyə nail olmağa çalışdılar. 

Çünki Sevinc Osmanqızından “yaxşı” xain tapa bilməzdilər. Amma COP29-un belə yüksək səviyyədə baş tutması bütün bu cəhdlərin boşa çıxdığını sübut edir. 

“Cebheinfo.az” Analitik Qrupu

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri