Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirmişdir.
Məclisin aparıcısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov yığıncağı açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs etmiş və daha çox Füzulidən qaynaqlanan şairin klassik şeirin bütün janrlarında – qəzəl, qəsidə, fəxriyyə, müxəmməs, müstəzad, müsəddəs, rübai və s.
növündə əsərlər yazmasını, mövzu etibari ilə maarifçiliyə, elmə üstünlük verənməsini, onun lirik, romantik əsərlərində də realizmin üstünlük təşkil etməsini qeyd etmişdir.
Muzeyin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı çıxış edərək XIX əsrdə Azərbaycanın hər səmtində - Gəncədə, Tiflisdə, Qubada, Naxçıvanda, Lənkəranda, Qarabağda, Bakıda yaranan ədəbi məclislərdən, xüsusilə bu məclislərin ən sanmballısı, tərkibcə ən mötəbəri olan Şamaxıda Seyid Əzim Şirvaninin açdığı “Beyt üs-səfa” məclisindən bəhs etdi.
O, eyni zamanda S.Ə.Şirvaninin rəhbərlik etdiyi bu məclisdə Ana dilindən başqa ərəb, fars, rus, fransız dillərində də nəsr, nəzm əsərləri yazan qələm sahiblərinin olmasını da qeyd etmişdir.
Sonra S.Ə.Şirvaninin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “XIX əsr Şirvan ədəbi-mədəni mühiti: Seyid Əzim Şirvani və Mahmud ağa” mövzusunda məruzə ilə çıxış etmişdir.