Icma.az
close
up
RU
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi

Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirmişdir.

Məclisin aparıcısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov yığıncağı açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs etmiş və daha çox Füzulidən qaynaqlanan şairin   klassik şeirin bütün janrlarında – qəzəl, qəsidə, fəxriyyə, müxəmməs, müstəzad, müsəddəs, rübai və s. növündə əsərlər yazmasını, mövzu etibari ilə maarifçiliyə, elmə üstünlük verənməsini, onun lirik, romantik əsərlərində də realizmin üstünlük təşkil etməsini qeyd etmişdir. 

Muzeyin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı  çıxış edərək XIX əsrdə Azərbaycanın hər səmtində - Gəncədə, Tiflisdə, Qubada, Naxçıvanda, Lənkəranda, Qarabağda, Bakıda yaranan ədəbi məclislərdən, xüsusilə bu məclislərin ən sanmballısı, tərkibcə ən mötəbəri olan Şamaxıda Seyid Əzim Şirvaninin açdığı “Beyt üs-səfa” məclisindən bəhs etdi. O, eyni zamanda S.Ə.Şirvaninin rəhbərlik etdiyi bu məclisdə  Ana dilindən başqa ərəb, fars, rus, fransız dillərində də nəsr, nəzm əsərləri yazan qələm sahiblərinin olmasını da qeyd etmişdir.
Sonra S.Ə.Şirvaninin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “XIX əsr Şirvan ədəbi-mədəni mühiti: Seyid Əzim Şirvani və Mahmud ağa” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində XIX əsr Şamaxı şairləri, Seyid Əzim Şirvaninin yaradıcılığı, “Beytüs-səfa” ədəbi məclisi, xeyriyyəçi, şair və muğam bilicisi Mahmud Ağanın  bu sahədə göstərdiyi xidmətləri, S.Ə.Şirvani ilə ədəbi dostluq münasibətlərindən bəhs etmişdir. 

Məclisin bədii hissəsində Respublikanın tanınmış sənətçiləri Respublikanın Əməkdar İncəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov, Respublikanın Əməkdar Mədəniyyət işçisi, Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad İsrafilov, xanəndə Hüseyn Məlikov, VIII Televiziya Muğam Müsabiqəsinin laureatı, “Muğam aləmi” Beynəlxalq Muğam müsabiqəsinin qalibi Daşqın Kürçaylı, tarizən Adil Rəhimov iştirak etmişlər.

Daha sonra Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri Lamiyə Şahverdiyeva, Alisa İsmayılova, Zəhra Məmmədlinin ifasında şairin qəzəl və təmsillərindən nümunələr səsləndirilmişdir.

Məclisin xoş ovqatı tamaşaçılara da siraət etmiş, zaldan da Seyid Əzim qəzəllərindən parçalar söylənmişdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri