Səyyahlar Füzulidə bərpa işləri barədə məlumatlandırılıb və mina partladılmasını izləyiblə…
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə səyyahlar oktyabrın 23-də Füzuli rayonuna gəliblər.
SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara Füzuli şəhərinin bərpası barədə məlumat verilib.
Bildirilib ki, şəhər işğal dövründə tamamilə dağıdılıb. Bəzi obyektlər hələ qalsa da, pəncərələr və qapılar yoxdur, çünki şəhər talan olunub
Qeyd olunub ki, burada Memorial Park və muzey kompleksləri yaradılacaq: Zəfər Muzeyi, İşğal Muzeyi, Memorial Park və böyük Bayraq Meydanı şə
Artıq ilk yaşayış kompleksi tamamlanıb və təxminən 824 ailə burada yaşayır.
Gələcəkdə ikinci və üçüncü komplekslər, inzibati mərkəz və şəhər mərkəzi xəstəxanası inşa olunacaq.
Şəhərdə 1 nömrəli məktəb və Uşaq Yaradıcılığı Mərkəzi fəaliyyət göstərir. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən hədiyyə edilib.
Tam oxu
Xəbəri oxu