Icma.az
close
up
RU
Səyyahlar Füzulidə bərpa işləri barədə məlumatlandırılıb və mina partladılmasını izləyiblər

Səyyahlar Füzulidə bərpa işləri barədə məlumatlandırılıb və mina partladılmasını izləyiblər

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə səyyahlar oktyabrın 23-də Füzuli rayonuna gəliblər. SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara Füzuli şəhərinin bərpası barədə məlumat verilib. Bildirilib ki, şəhər işğal dövründə tamamilə dağıdılıb. Bəzi obyektlər hələ qalsa da, pəncərələr və qapılar yoxdur, çünki şəhər talan olunub, tikinti materialları ikinci əl kimi satılıb və ya istifadə edilib.

Qeyd olunub ki, burada Memorial Park və muzey kompleksləri yaradılacaq: Zəfər Muzeyi, İşğal Muzeyi, Memorial Park və böyük Bayraq Meydanı şəhərin bütün hissələrindən görünəcək.

Artıq ilk yaşayış kompleksi tamamlanıb və təxminən 824 ailə burada yaşayır. Gələcəkdə ikinci və üçüncü komplekslər, inzibati mərkəz və şəhər mərkəzi xəstəxanası inşa olunacaq. Şəhərdə 1 nömrəli məktəb və Uşaq Yaradıcılığı Mərkəzi fəaliyyət göstərir. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən hədiyyə edilib. Bundan əlavə, Ukraynanın layihələri əsasında yeni tikinti işləri planlaşdırılır.

Bildirilib ki, şəhərdə görülən bütün işlər Azərbaycanın büdcəsi hesabına həyata keçirilir.

Sonra Kənd Horadizə gələn səyyahlara işğaldan azad olunmuş ərazilərdə mina problemi barədə məlumat verilib. Bildirilib ki, minalar məcburi köçkün düşmüş əhalinin geri qayıtmasına əngəl yaradır, xüsusilə kəhriz quyuları və bulaqlarda vəziyyət daha təhlükəlidir.

Qeyd olunub ki, minaların təmizlənməsi üçün Azərbaycanda ən müasir texnika və cihazlar var, prosesdə minaaxtaran itlərdən istifadə edilir. Həmçinin bölgədə müvafiq əməliyyatlar davam edir və təhlükəsizlik tədbirləri gücləndirilir.

Daha sonra səyyahlar üçün ərazidə mina partladılması prosesi təşkil olunub və onlar partlayışı müşahidə ediblər.

Bununla da səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri