Si Cinpin Vladimir Putinlə danışdı

08.08.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
“İki ölkə liderləri Çin və Rusiya arasında yüksək siyasi etimad və strateji əməkdaşlığı yüksək qiymətləndiriblər və yekdilliklə iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər", - Çin televiziyası bildirib.
Söhbət Trampla Putinin mümkün görüşü, eləcə də bu gün Vaşinqtonda İrəvanla Bakı arasında kommunikasiyaya aid bir sıra sənədlərin imzalanması fonunda baş tutub.
Digər təfərrüatlar barədə məlumat verilməyib.
Qeyd edək ki, may ayında ÇXR sədri Rusiyada işgüzar səfərdə olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью