Si Cinpin Vladimir Putinlə danışdı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
“İki ölkə liderləri Çin və Rusiya arasında yüksək siyasi etimad və strateji əməkdaşlığı yüksək qiymətləndiriblər və yekdilliklə iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər", - Çin televiziyası bildirib.
Söhbət Trampla Putinin mümkün görüşü, eləcə də bu gün Vaşinqtonda İrəvanla Bakı arasında kommunikasiyaya aid bir sıra sənədlərin imzalanması fonunda baş tutub.
Digər təfərrüatlar barədə məlumat verilməyib.
Qeyd edək ki, may ayında ÇXR sədri Rusiyada işgüzar səfərdə olub.

Si Cinpin Vladimir Putinlə videokonfrans vasitəsilə danışıb
22 Yanvar 2025 14:33
Ərdoğan Vladimir Putinlə telefonla danışdı
24 Noyabr 2024 17:41
Putinlə Si Cinpin arasında görüş başlayıb
08 May 2025 11:23
Vladimir Putin və Si Cinpin bu gün görüşürlər
08 May 2025 08:18
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışdı
24 Noyabr 2024 17:30

