Icma.az bildirir, Olke.az portalına istinadən. Azərbaycanda torpaq alaraq ev tikmək istəyən vətəndaşların qarşısında bir sıra qanuni prosedu
Ölkə.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu proses həm torpaq alışı, həm də tikintiyə icazə verilməsi və yaşayış evinin qeydiyyata alınma
Uğurlu nəticə əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etmək vacibdir. Bəs bu qaydalar hansılardır?
Sıfırdan ev tikmək üçün nə etməliyik? Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik.
Ekspert bildirib ki, vətəndaş torpaq alarkən fərdi yaşayış evinin tikinti təyinatlı torpaq sahəsi almalıdır: "Bir çox hallarda mülkiyyətdə olduğuna aldanır, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrinə alır, orada ev tikir.
Belə olan halda həmin torpaq sahəsinin razılaşmadan keçirilməsi problem olur.
Müvafiq icra hakimiyyəti orqanı çəkilən eskiz layihəsini qəbul etmir.
Bu torpaq sahəsinin gələcəkdə sənədləşdirilməsi, yəni xüsusi mülkiyyətdə keçirilməsi halında tikinti ilə bağlı problemi yaranır.