Sığorta hesabına qarşılanan dərmanların şərtləri açıqlanıb | Icma.az
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2025-ci ildə "ürək-damar sistemi xəstəlikləri" üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlayacaq.
“Tibbi sığorta haqqında” qanuna əsasən tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur.
2025-ci ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub.
Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə icbari Tinbi Sığorta üzrə Fövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova danışəb.
O, ambulator şəraitdə dərman vasitələrinin sığorta təminatına alınması ilə bağlı vacib məlumatları bölüşüb: “Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil edilib.
Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan "dərmanların əsas təsiredici maddəsi və dozası" , yəni dərmanın tərkibi qeyd olunacaq.
Tam oxu
Xəbəri oxu