Icma.az
close
up
RU
Sığorta hesabına qarşılanan dərmanların şərtləri açıqlanıb

Sığorta hesabına qarşılanan dərmanların şərtləri açıqlanıb

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2025-ci ildə "ürək-damar sistemi xəstəlikləri" üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlayacaq. “Tibbi sığorta haqqında” qanuna əsasən tapşırıqların  icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. 2025-ci ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub. Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə icbari Tinbi Sığorta üzrə Fövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova danışəb. O, ambulator şəraitdə dərman vasitələrinin sığorta təminatına alınması ilə bağlı vacib məlumatları bölüşüb:
“Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil edilib. Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan "dərmanların əsas təsiredici maddəsi və dozası" , yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı "pozitiv siyahı" hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək".
Aynurə Əhmədovanın sözlərinə görə, pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq:
"Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - "sığorta tərəfindən" ,  müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş  tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək.  Qeyd edək ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir".
“Bildiyiniz kimi, "əsas təsiredici maddə" "əsasında" müxtəlif brendlərə məxsus dərmanlar istehsal olunur.  Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən "eyni tərkibli" "dərman" istehsalçılarının hər birinə "eyni şərti kompensasiya" məbləği ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər”- o deyib.
Həmçinin qeyd edilib ki, icbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Agentlik  qanunvericiliyə uyğun fəaliyyət göstərən "özəl apteklərlə" "əməkdaşlıq" "müqavilələri" "bağlayacaq" . Vətəndaş elektron reseptlə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun "pozitiv" "siyahıdakı" dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər.
Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri