Şikayətlərə əsasən gec reaksiya verilir EKSPERT TƏNQİD ETDİ | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda məktəb direktorlarının etik davranış qaydalarını kobud şəkildə pozması, müəllimlərə hörmətsizlik etməsi və hətta onları təhqir etməsi hallarının artması təhsil sistemində ciddi problemlərin mövcud olduğunu göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Son günlərdə bir məktəb direktorunun müəllimlərə “hinduşkabaş” deməsi ilə bağlı yayılan səs yazısı cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Təəssüf ki, bu, tək hadisə deyil. Bundan əvvəl də bəzi direktorların müəllimlərə qarşı alçaldıcı ifadələr işlətməsi, onları aşağılamaq məqsə
Belə hallar bir neçə vacib sistem problemi ilə əlaqəlidir və bu məsələlərin həll olunmaması təhsilin keyfiyyətinə ciddi ziyan vurur.
Azərbaycanda məktəb direktorlarının özbaşınalığının əsas səbəblərindən biri onların təyin olunma prosesinin qeyri-şəffaf olmasıdır.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə əsasən, məktəb direktorları müsabiqə əsasında təyin edilməlidir.
Tam oxu
Xəbəri oxu