Silahlı hücuma məruz qalan jurnalist öldü

12.06.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meksikanın Verakruz ştatında silahlı hücuma məruz qalan jurnalistin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, polis və məhkəmə mövzularına dair məqalələr yazan  jurnalist Lopez Valdez Poza Rika şəhərinin Colonia Cazones məhəlləsində silahlı hücuma məruz qalıb.

Valdezin çalışdığı qəzetin sosial media hesablarında yayılan açıqlamada bildirilib: 

“Lopez Valdez bu gün səhər saatlarında Poza Rikada avtomobili ilə hərəkətdə olarkən silahlı şəxslər tərəfindən qarşısı kəsilərək hücuma məruz qalıb və həyatını itirib”.Colonia Cazones məhəlləsində baş verən qətl hadisəsi ilə bağlı istintaqa başlanılıb.

Meksikada Verakruz ştatı jurnalistlərə qarşı hücumların tez-tez baş verdiyi və media nümayəndələri üçün ən riskli bölgələrdən biri hesab olunur.Beynəlxalq "Sərhədsiz reportyorlar" təşkilatının məlumatına görə, jurnalist fəaliyyəti baxımından dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Meksikada 1994-cü ildən bəri 150-dən çox media əməkdaşı öldürülüb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью