Silahlı hücuma məruz qalan jurnalist öldü
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Meksikanın Verakruz ştatında silahlı hücuma məruz qalan jurnalistin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, polis və məhkəmə mövzularına dair məqalələr yazan jurnalist Lopez Valdez Poza Rika şəhərinin Colonia Cazones məhəlləsində silahlı hücuma məruz qalıb.
Valdezin çalışdığı qəzetin sosial media hesablarında yayılan açıqlamada bildirilib:
“Lopez Valdez bu gün səhər saatlarında Poza Rikada avtomobili ilə hərəkətdə olarkən silahlı şəxslər tərəfindən qarşısı kəsilərək hücuma məruz qalıb və həyatını itirib”.Colonia Cazones məhəlləsində baş verən qətl hadisəsi ilə bağlı istintaqa başlanılıb.
Meksikada Verakruz ştatı jurnalistlərə qarşı hücumların tez-tez baş verdiyi və media nümayəndələri üçün ən riskli bölgələrdən biri hesab olunur.Beynəlxalq "Sərhədsiz reportyorlar" təşkilatının məlumatına görə, jurnalist fəaliyyəti baxımından dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Meksikada 1994-cü ildən bəri 150-dən çox media əməkdaşı öldürülüb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















