Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bu layihənin Amerikanın maraqlarına uyğun olmadığını ABŞ dəfələrlə bildirib. Maraqlıdır, bu, Azərbaycan iqtisadiyyatında nələri dəyişəcək?
Həmçinin ABŞ layihəyənin həyata keçirilməsində problem yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı ifastruktur göstəricisinə məhz Azərbaycan malikdir: “Ümumiyyətlə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildə Rusiyanın təşəbbüsü ilə Rusiya-İran-Hindistan arasında birgə sazişin nəticəsi olaraq rəsmi kontekstə keçib, amma dəhlizin əsası ötən əsrin sonlarına gedir çıxır.
Əvvəl “Şimal-Cənub” dialoqu kimi qoyulmuşdu, sonra Rusiyanın, o dövrdə keçmiş SSRİ-nin Avropa ilə olan münasibətlərindəki soyuqluq bu dəhlizin marşrutunu Qırmızı dənizdən salaraq Atlantik okeanı üzərindən Şimali Avropaya çatdırdı.
Hazırda Rusiyanın təşəbbüsü ilə “Şimal-Cənub” dəhlizinin yeni daha qısa marşrutu təklif edilib.
Azərbaycan isə 2005-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı sənədə imza ataraq məhz bu dəhlizin qurulması üçün əməkdaşlıq haqqında ilkin rəsmi razılaşma imzalıyıb.