Icma.az
close
up
RU
“Şimal Cənub” dəhlizi: ABŞ layihəyə niyə qarşıdır və mane ola bilərmi?

“Şimal Cənub” dəhlizi: ABŞ layihəyə niyə qarşıdır və mane ola bilərmi?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

Bu layihənin Amerikanın maraqlarına uyğun olmadığını ABŞ dəfələrlə bildirib.

Maraqlıdır, bu, Azərbaycan iqtisadiyyatında nələri dəyişəcək? Həmçinin ABŞ layihəyənin həyata keçirilməsində problem yarada bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı ifastruktur göstəricisinə məhz Azərbaycan malikdir:

“Ümumiyyətlə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildə Rusiyanın təşəbbüsü ilə Rusiya-İran-Hindistan arasında birgə sazişin nəticəsi olaraq rəsmi kontekstə keçib, amma dəhlizin əsası ötən əsrin sonlarına gedir çıxır. Əvvəl “Şimal-Cənub” dialoqu kimi qoyulmuşdu, sonra Rusiyanın, o dövrdə keçmiş SSRİ-nin Avropa ilə olan münasibətlərindəki soyuqluq bu dəhlizin marşrutunu Qırmızı dənizdən salaraq Atlantik okeanı üzərindən Şimali Avropaya çatdırdı. Hazırda Rusiyanın təşəbbüsü ilə “Şimal-Cənub” dəhlizinin yeni daha qısa marşrutu təklif edilib. Azərbaycan isə 2005-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı sənədə imza ataraq məhz bu dəhlizin qurulması üçün əməkdaşlıq haqqında ilkin rəsmi razılaşma imzalıyıb. Bu kontekstdə Azərbaycan bir çox ciddi işlər görüb. “Şimal-Cənub” dəhlizinin bir marşrutu Xəzər dənizinin üzərindən, biri Asiya, biri isə Azərbaycan üzərindən keçir. Azərbaycan ən perspektivlisidir”. 

Ekspertin sözlərinə görə, bu sazişin təsdiqlənməsi Azərbaycan iqtisadiyyatı üçün önəmlidir:

“İxracın diversifikasiyası, logistik imkanların genişləndirilməsi, Azərbaycanın strateji əhəmiyyətinin artırılması, ticarət imkanları, infastrukturun genişlənməsi, təbii resurslardan səmərəli istifadə və s. kimi bir çox istiqamətlərdə bu sazişin təsdiqlənməsi Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Digər ölkələrlə nə qədər çox strateji iqtisadi sənəd olarsa və nə qədər çox dəhliz olarsa, ölkə iqtisadiyyatı üçün önəmlidir. Lakin “Şərq-Qərb” dəhlizinin vacibliyi və ölkəyə verdiyi fayda qədər bu dəhlizin faydasının olacağını desək, yalan olar”. 

E.Əmirov qeyd etdi  ki, Amerikanın “Şimal-Cənub” dəhlizinə qarşı olması təbiidir:

“Çünki ABŞ-nin digər alternativ istiqamətlərdə maraqları daha çoxdur. Digər tərəfdən isə Amerikanın hazırda sevmədiyi və sanksiyalar tətbiq etdiyi ölkələrdən ikisi Rusiya və İran bu dəhlizdən daha çox fayda görəcək. Bu səbəbdən, bu dəhlizin aktiv şəkildə və bütün gücü ilə işləməsi Rusiya və İranın iqtisadiyyatının inkişafına da töhfə verəcək. ABŞ isə bunu istəmir. Bu dəhlizin uğur qazanmasına mane olan əsas səbəblərdən biri də İrana və Rusiyaya tətbiq edilən sanksiyalardır. Bu sanksiyalar dəhliz üzrə infastruktur layihələrinin uğurla həyata keçirilməsinə mane olur. Buna görə də sanksiyaları davam etdirir”. 

Firuzə Əliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri