Şimal Cənub nəqliyyat dəhlizi hər iki dövlətlə əməkdaşlıq üçün faydalı platformalardan bir…
Icma.az bildirir, Bizimyol portalına istinadən. Rusiya, Azərbaycan və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında maraqlıdı
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, bildirib ki, dəhlizin qərb hissəsinin inkişafı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında yanvarın 17-də Moskvada keçirilən danışıqların əsas mövzularından birinə çevrilib.
Zaxarova deyib ki, Rusiya və İran prioritet olaraq dəhlizin qərb hissəsində “kəsintisiz dəmir yolu logistikası”nın yaradılması üzərində işləyir.Azərbaycan bu dəhlizə "qapı açmaq"da nə dərəcədə maraqlıdır?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq sazişində bəzi məsələlər Azərbaycanın maraqlarına bu və digər formada toxunur.
Oqtay Qasımov “Bunlarla bağlı dəqiq, ölçülü bir təhlil lazımdır.
Bütövlükdə bu tərəfdaşlığın niyyəti xoş olacaqsa və bölgədə əməkdaşlıq, mehriban qonşuluq mühiti olacaqsa təbii ki, bizim maraqlarımıza hansısa xələl gətirməz”-deyən Oqtay Qasımov Şimal-Cənub nəqliyyat dəhlizinin açılması məsələsi ilə bağlı qeyd edib ki, bu Azərbaycanın da maraqlarına uyğun bir məsələdir.
Politoloqun fikrincə, bu dəhlizin açılması o demək deyil ki, Azərbaycan Rusiya-İran maraqlarının bir parçasına çevrilir.
Tam oxu
Xəbəri oxu