Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alyaska Universitetinin Fairbanksdakı alimləri Denali çatının mənşəyi ilə bağlı araşdırmalar aparıblar.
Denali dağı Alyaskanın cənubunda yerləşir və 6190 metr hündürlüyü ilə Şimali Amerikanın ən yüksək nöqtəsidir.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Geology" jurnalında dərc edilib.
Alimlərin sözlərinə görə, Denali çatının keçmişdə iki quru massivinin qovuşduğu yer olduğu müəyyən edilib.
Təxminən 72-56 milyon il əvvəl okean lövhəsi Şimali Amerikanın qərb kənarına çırpılıb və orada ilişib qalıb.
Bu gün Denali çatında kontinental qabığın hissələri bir-birinə nisbətən sürüşür.
2002-ci ilin payızında burada 7,9 bal gücündə zəlzələ qeydə alınmışdı.