Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, ötən gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçirilib.
Hazırkı prezident Ersin Tatar gözlənilmədən seçkidə məğlub olub. O, sadəcə 35,77 faiz səs toplayıb.
Türk Partiyasının sədri Tufan Ərhurman isə 62,88 faiz səs toplayaraq ölkənin yeni prezidenti seçilib.
Qeyd edək ki, 55 yaşlı professorun Türkiyəyə münasibəti birmənalı deyil.
T.Ərhurman Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini deyil, Kiprin bütövlüyü və birgə yaşayış modelini dəstəkləyir.
Hətta onun seçilməsindən sonra Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sürpriz bir bəyanatla çıxış edib.
O, Şimali Kipr Türk Respublikasının parlamentini seçkinin nəticələrini rədd etməyə və Türkiyəyə birləşməklə bağlı qərar qəbul etməyə çağırıb.