Icma.az
close
up
RU
Şimali Kiprdə yeni dönəm: “Yeni prezident fərqli addımlar atsa, Türkiyə...” MÜSAHİBƏ

Şimali Kiprdə yeni dönəm: “Yeni prezident fərqli addımlar atsa, Türkiyə...” MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ötən gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçirilib.

Hazırkı prezident Ersin Tatar gözlənilmədən seçkidə məğlub olub. O, sadəcə 35,77 faiz səs toplayıb. Türk Partiyasının sədri Tufan Ərhurman isə 62,88 faiz səs toplayaraq ölkənin yeni prezidenti seçilib. 

Qeyd edək ki, 55 yaşlı professorun Türkiyəyə münasibəti birmənalı deyil. T.Ərhurman Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini deyil, Kiprin bütövlüyü və birgə yaşayış modelini dəstəkləyir. Hətta onun seçilməsindən sonra Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sürpriz bir bəyanatla çıxış edib. 

O, Şimali Kipr Türk Respublikasının parlamentini seçkinin nəticələrini rədd etməyə və Türkiyəyə birləşməklə bağlı qərar qəbul etməyə çağırıb. Prezident Rəcəb Tayyip Ərdoğan isə Tufan Ərhurmanı təbrik edib. 

Mövzu ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Natiq bəy, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

- Səs verənlərin sayının minimum olduğunu nəzərə almaq lazımdır. Sadəcə onların böyük bir hissəsi Tufan Ərhurmana səs verib. Yəni bu, bütün Kipr türklərinin seçimini ehtiva etmir. Ersin Tatarın da burada ciddi nöqsanları var. 

Çünki seçkiyə qədər əhali seçkiyə iştirakla bağlı hazırlanmalı idi. Hiss olunur ki, belə bir hazırlıq çox aşağı səviyyədə olub. Bununla yanaşı, hökumətə qarşı inamsızlıq və etimadsızlığın da çox olduğu görünür. Bu səbəblərə görə insanlar inanaraq seçkidə iştirak etməyiblər. 

- Dövlət Baxçalının məlum bəyanatı nəyə hesablanıb? 

- Əslində, Dövlət Baxçalının bəyanatı bir çağırışdır. Şimali Kipr Türk Cümhuriyyətinin yeni Prezidenti Tufan Ərhurmanın özbaşına Kipr türkləri və Türkiyənin geosiyasi maraqları əleyhinə hər hansı addım atmasının qarşısını almağa hesablanıb. 

Çünki Rəcəb Tayyib Ərdoğanın məhz Baxçalının bəyanatından sonrakı addımı diqqət çəkdi. O, qanun çərçivəsində davranaraq və Kipr türklərinin seçiminə hörmət edərək yeni seçilmiş prezidenti təbrik edib. Ərdoğan Ərhurmana ünvanlanan təbrikində Kipr türklərinin maraqları konteksində addım atacağına ümid etdiyini bildirib. Yəni bu təbrikdən əvvəl MHP lideri mesajı vermişdi.

- Bundan sonra Şimali Kipr Türk Respublikasının siyasətində hansısa dəyişikliklər olacaqmı?

- Ciddi dəyişikliklər olacağına inanmıram. Ona görə ki, başqa cür addımın atılması tamamilə mənfi əks-əlaqə ilə yeni seçilmiş prezidentin özünə qayıda bilər. Bu da Türkiyəni dərhal hərəkətə keçirər. Nəzərə almaq lazımdır ki, Türkiyənin Şimali Kiprdə qoşunları var. Bundan başqa, Şimali Kipr gözardı ediləcək dövlət deyil. Adıçəkilən dövlət bu gün Türkiyə üçün strateji maraqların təmin olacağı məkana çevrilib.

- Son dönəmlərdə bəzi qüvvələrin Şimali Kiprdən Türkiyəyə qarşı istifadə etmək niyyətləri barədə xəbərlər tirajlanır. Sizcə, deyilənlər doğrudur?

- Bəli, Şimali Kipri Türkiyəyə qarşı istifadə etmək istəyən düşmən qüvvələr var. Məhz Türkiyə ilə müəyyən qarşıdurmaya hazırlaşan İsrail də Şimali Kipri geosiyasi alət olaraq istifadə edir. Şimali Kipr bu gün bir çox dövlətlərin hərbi bazasının yerləşdiyi məkana çevrilib. 

Bütün bunlar ŞKTC ilə bərabər, həm də qardaş Türkiyənin əleyihinə olacaq proseslərdir. Üstəlik, Türkiyə Şimali Kipr üçün qarantor ölkədir. Bu baxımdan, rəsmi Ankara istənilən bir şəxsin çox rahatlıqla Türkiyənin əleyhinə qərarlar qəbul etməsinə və Cənubi Kiprlə birləşməsinə imkan verməz. Düşünürəm ki, belə bir proses olmayacaq. Baxçalının bəyanatı da bu aspektdə dəyərləndirilməlidir.

- Ersin Tatarın Türk Dövlətləri Təşkilatı (TDT) və türk dövlətləri ilə münasibətləri çox yaxşı idi. Üstəlik, Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atmışdı. Tufan Ərhurmanın isə Türk Dövlətləri Təşkilatına və üzv ölkələrə necə yanaşacağı sual altındadır. Siz bu barədə nə düşünürsünüz?

- Açığı, seçki dövründə verilən vədlərin hamısının yerinə yetirilməsi gözlənilmir. Siyasətçi hakimiyyətə gələndən sonra dövlət məsuliyyətini dərk edir. Şimali Kiprin və ona qarantor olan qardaş Türkiyənin xarici siyasət prioritetlərini mütləq mənada nəzərə almalıdırlar. 

Hesab edirəm ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatı ilə münasibətləri də davam etdiriləcək. Çünki bu siyasət Şimali Kiprin bir dövlət olaraq tanınmasına hesablanıb. Bu yöndə Azərbaycan və Türkiyənin çox ciddi əməyi var. Ona görə də Tufan Ərhurmanın ölkəsinin bu təşkilata müşahidəçi üzvlüyünün ləğv ediləcəyini zənn etmirəm. Əksinə, bu siyasət qaldığı yerdən davam edəcək. 

- İşlər yolunda getməsə, Türkiyənin Şimali Kiprlə bağlı ən sərt addımı nə ola bilər?
- Tufan Ərhurmanın ilk səfəri Türkiyəyə olacaq. Bu səfər çərçivəsində də Şimali Kiprin yeni prezident administrasiyasının atmalı olduğu addımlar onlara tamamilə ətraflı deyiləcək. Yeni seçilmiş prezident xarici siyasətini Türkiyə dövləti ilə hər bir müddəasına qədər razılaşdırmaq məcburiyyətindədir. Əks təqdirdə, ciddi problemlərlə üzləşə bilər. Rəsmi Ankara Şimali Kipri kiməsə təhvil verməz.
Ərdoğan hakimiyyəti hələlik qanun çərçivəsində hərəkət edəcək. Ancaq Tufan Ərhurman sərhədləri keçsə, bəzi ciddi addımların atılması da mümkündür. Əlbəttə ki, bunların da içərisində parlamentin Şimali Kiprin Türkiyəyə birləşdirilməsi barədə qərar verməsi ola bilər. Nəzərə almaq lazımdır ki, parlamentdə çoxluq Ərsin Tatar və Türkiyə tərəfdarı olan qüvvələrin əlindədir. Bu isə Tufan Ərhurmana qanun çərçivəsində çox ciddi təzyiq mexanizmidir. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Şimali Kipr Türk Cümhuriyyəti ŞKTC Natiq Miri müsahibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri