Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin, 21 yanvar, AZƏRTAC Yaponiyanın NATO-da nümayəndəlik açması regionda hərbi gərginliyi təhlükəli dərəcədə çoxaldacaq.AZƏRTAC xəbər verir ki, bu fikirlər Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məsələyə dair məqaləsində vurğulanır.
“Yaponiya Asiya-Sakit okean regionundakı təhlükəsizlik mühitinin ABŞ-nin təxribatçı hərbi hegemonluğu səbəbindən daha ciddi təhlükə altında olduğu bir vaxtda NATO-da müstəqil missiyasını yaradıb.
Bu, regional vəziyyətə yeni qeyri-sabitlik gətirən təhlükəli bir hərəkətdir", - deyə KCNA-nın məqaləsində qeyd olunur.
Agentlik Yaponiyanı NATO-nun Asiya-Sakit okean regionunda təsir dairəsinin həddindən artıq genişlənməsinə dəstək olmaqda ittiham edib.KCNA Yaponiyanı “müharibə cinayətləri dövləti”, sülhə qarşı qüvvə” adlandıraraq, onu açıq şəkildə silahlanmada və aramsız hərbi təlimlər vasitəsilə Asiya-Sakit okean regionunu təhdid etməkdə təqsirləndirib.Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya və Cənubi Koreya başda olmaqla Asiya-Sakit okean regionunun bəzi dövlətləri NATO ilə əlaqələrini gücləndirməyə başlayıb.
Şimali Koreya bu əlaqələrə dəfələrlə sərt etirazını bildirib.
Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.