Şimali Koreya Yaponiyanın NATO da nümayəndəlik açmasına etiraz edir AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin, 21 yanvar, AZƏRTAC
Yaponiyanın NATO-da nümayəndəlik açması regionda hərbi gərginliyi təhlükəli dərəcədə çoxaldacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məsələyə dair məqaləsində vurğulanır.
“Yaponiya Asiya-Sakit okean regionundakı təhlükəsizlik mühitinin ABŞ-nin təxribatçı hərbi hegemonluğu səbəbindən daha ciddi təhlükə altında olduğu bir vaxtda NATO-da müstəqil missiyasını yaradıb. Bu, regional vəziyyətə yeni qeyri-sabitlik gətirən təhlükəli bir hərəkətdir", - deyə KCNA-nın məqaləsində qeyd olunur.
Agentlik Yaponiyanı NATO-nun Asiya-Sakit okean regionunda təsir dairəsinin həddindən artıq genişlənməsinə dəstək olmaqda ittiham edib.
KCNA Yaponiyanı “müharibə cinayətləri dövləti”, sülhə qarşı qüvvə” adlandıraraq, onu açıq şəkildə silahlanmada və aramsız hərbi təlimlər vasitəsilə Asiya-Sakit okean regionunu təhdid etməkdə təqsirləndirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya və Cənubi Koreya başda olmaqla Asiya-Sakit okean regionunun bəzi dövlətləri NATO ilə əlaqələrini gücləndirməyə başlayıb. Şimali Koreya bu əlaqələrə dəfələrlə sərt etirazını bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 Yanvar 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















