Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı? AÇIQLAMALAR | Icma.az
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimal bölgələrində qış mövsümünün uzunluğu və sərtliyi (təxminən 6 ay davam edir) səbəbindən qaz istifadəsi burada digər regionlara nisbətən daha vacibdir.
Sakinlərin də qeyd etdiyi kimi, qaz limiti kifayət etmir və xüsusən də soyuq aylarda bu limitin artırılması və ya tamamilə ləğvi zəruri görünür.News24.az bildirir ki, məsələ ilə bağlı Shimal.News-a açıqlama verən deputat Azər Badamov qeyd edib ki, dağlıq rayonlarda güzəştli qaz limitinin artırılmasına ehtiyac var.“Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər.
Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.
Amma dağ rayonlarında havalar daha sərt keçir və soyuq havaların davametmə müddəti digər rayonlardan iki dəfə çoxdur.
Hətta qış günündə aran rayonlarına nisbətən dağ rayonlarında eyni ölçü və sahəyə malik bir evin isidilməsi üçün daha çox enerjiyə ehtiyac duyulur.
Bu baxımdan Tarif Şurasında qaz limitinə yenidən baxılmasına ehtiyac olduğunu hesab edirəm.
Həm də seçicilərimiz görüşlərdə güzəştli qaz limitinin artırılması ilə bağlı məsələni müvafiq qurumun qarşısında qaldırmağımızı mütəmadi olaraq xahiş edirlər.
Tam oxu
Xəbəri oxu