Icma.az
close
up
RU
Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı? AÇIQLAMALAR

Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı? AÇIQLAMALAR

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimal bölgələrində qış mövsümünün uzunluğu və sərtliyi (təxminən 6 ay davam edir) səbəbindən qaz istifadəsi burada digər regionlara nisbətən daha vacibdir. Sakinlərin də qeyd etdiyi kimi, qaz limiti kifayət etmir və xüsusən də soyuq aylarda bu limitin artırılması və ya tamamilə ləğvi zəruri görünür.

News24.az bildirir ki, məsələ ilə bağlı Shimal.News-a açıqlama verən deputat Azər Badamov qeyd edib ki, dağlıq rayonlarda güzəştli qaz limitinin artırılmasına ehtiyac var.

“Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər. Amma dağ rayonlarında havalar daha sərt keçir və soyuq havaların  davametmə müddəti  digər rayonlardan iki dəfə çoxdur. Hətta qış günündə  aran rayonlarına nisbətən dağ rayonlarında eyni ölçü və sahəyə malik bir evin isidilməsi üçün daha çox enerjiyə ehtiyac duyulur. Bu baxımdan Tarif Şurasında qaz limitinə yenidən baxılmasına ehtiyac olduğunu hesab edirəm. Həm də seçicilərimiz görüşlərdə güzəştli qaz limitinin artırılması ilə bağlı məsələni müvafiq qurumun qarşısında qaldırmağımızı mütəmadi olaraq xahiş edirlər. Bu baxımdan dövlətin iqtisadi imkanları güzəştli limitin artırılmasına böyük bir çətinlik yaratmırsa, bu məsələyə  yenidən baxılması vacibdir”.

Həmkarı ilə eyni fikirləri bölüşən deputat Vüqar Bayramov da saytımıza açıqlama verərək bildirib ki, Milli Məclisdə müzakirələr zamanı təqdim edilən təkliflərdən biri də qaz limitinin dağlıq rayonlar üzrə fərqləndirilməsi və o ərazilərdə yaşayan vətəndaşların qaz limitinin artırılması ilə bağlıdır:

“ Nəzərə almaq lazımdır ki, məhz həmin bölgələrimizdə iqlim şəraiti ilə bağlı olaraq həm mavi qaza qış aylarında tələb artır,  həm də bu ailə büdcəsi üçün xüsusi təsirlərə malik olur. Həmin ərazilərə fərqli limitlərin tətbiqi orada yaşayan vətəndaşlara imkan verə bilər ki, daha ucuz qiymətə mavi qazdan istifadə edə bilsinlər”.

Bəzi vətəndaşlar isə problemi məhz “Azəriqaz” İstehsalat Birliyində görür. “Azəriqaz” isə fərqli düşünür.

Mövzu ilə bağlı Shimal.News-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum xidmət sahəsidir və o, öz xidmətini Birliyə təqdim olunan qaydalara əsaslanaraq həyata keçirir:

“İstər aran, istərsə də dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində tariflərlə, eləcə də limitlərlə bağlı qərarı “Azəriqaz” vermir”.

E.Vəliyev şimal rayonlarında hələ də qazlaşdırılmayan kəndlərin olması ilə bağlı suala isə cavab olaraq qeyd edib ki, “Azəriqaz”a 2021-ci ildən etibarən dövlət büdcəsindən qazlaşdırılma ilə bağlı vəsait ayrılmır:

“Buna görə də “Azəriqaz” qazlaşma prosesini öz resursları və daxili imkanları hesabına həyata keçirir. Şimal rayonlarında, dağlıq ərazilərdə də kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması Birliyin daim gündəmindədir. Bu iş “Azəriqaz”ın maliyyə imkanlarından asılı olaraq mərhələli şəkildə icra olunur”.

Dünya təcrübəsinə isə baxsaq görərik ki, bəzi ölkərlərdə qazlaşdırma üçün modul sistemlər və sıxılmış qaz texnologiyalarından istifadə edilir. Məsələn, Qazaxıstan və Qətər geniş qaz infrastrukturu layihələrinə sərmayə qoyaraq ucqar kəndlərə qaz çəkilişi üçün yeni sistemlər hazırlayır. Bu layihələr sıxılmış təbii qaz və ya LNG (Liquid Natural Gas) texnologiyalarından istifadəni əhatə edir. Bu yanaşma, boru şəbəkəsi çəkilməyən yerlər üçün alternativ həll kimi göstərilir.

Skandinaviya ölkələrində isə qaz istehlakı subsidiyalaşdırılır və əhalinin ehtiyaclarını qarşılamaq üçün xüsusi proqramlar həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri