Şimalqərb bölgəsində tütün əkini ilə əlaqədar fermerlərlə müqavilələr bağlanılır AZƏRTAC |…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatala, 8 yanvar, Mustafa Dadaşov, AZƏRTAC “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikanın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlayıb.
Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən indiyədək 28 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, indiyədək fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 361 hektar təşkil edir.
Bundan əlavə, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 426 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
“Azərtütün” ASC ötənilki mövsümdə şimal-qərb bölgəsi rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib.
Bunun 218,3 hektarı şirkətə, 443,8 hektarı isə fermerlərə məxsus sahələr olub. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb.
Tam oxu
Xəbəri oxu