Şimalqərb bölgəsində tütün əkini ilə əlaqədar fermerlərlə müqavilələr bağlanılır AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatala, 8 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikanın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlayıb. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən indiyədək 28 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib. Bildirilib ki, indiyədək fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 361 hektar təşkil edir. Bundan əlavə, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 426 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
“Azərtütün” ASC ötənilki mövsümdə şimal-qərb bölgəsi rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Bunun 218,3 hektarı şirkətə, 443,8 hektarı isə fermerlərə məxsus sahələr olub. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb. Mövsüm ərzində ASC-nin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 8 min 188,8 ton yaş tütün daxil olub. Emal məntəqələrində yaş tütündən 1230,3 ton quru tütün istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 130,3 ton çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















