Simone İnzaqi dünya çempionatında görmək istədiyi klubun adını çəkib

22.06.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi klublararası dünya çempionatında görmək istədiyi komandanın adını çəkib. Sport24.az xəbər verir ki, o, bu barədə İtaliya mətbuatına açıqlama verib:

"Bütün böyük və elit klublar Klublararası dünya çempionatında oynayır. Bircə çatışmayan "Barselona"dır".

Qeyd edək ki, "Əl-Hilal" "Red Bull", "Paçuka" və "Real"la eyni qrupda çıxış edir. Səudiyyə Ərəbistanı təmsilçisi H qrupunun ilk turunda Madrid klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Əl-Hilal" iyunun 23-də "Red Bull", iyunun 27-də isə "Paçuka" ilə qarşılaşacaq. Komanda ilk turdan sonra ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью