Simone İnzaqi dünya çempionatında görmək istədiyi klubun adını çəkib
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi klublararası dünya çempionatında görmək istədiyi komandanın adını çəkib. Sport24.az xəbər verir ki, o, bu barədə İtaliya mətbuatına açıqlama verib:
"Bütün böyük və elit klublar Klublararası dünya çempionatında oynayır. Bircə çatışmayan "Barselona"dır".
Qeyd edək ki, "Əl-Hilal" "Red Bull", "Paçuka" və "Real"la eyni qrupda çıxış edir. Səudiyyə Ərəbistanı təmsilçisi H qrupunun ilk turunda Madrid klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Əl-Hilal" iyunun 23-də "Red Bull", iyunun 27-də isə "Paçuka" ilə qarşılaşacaq. Komanda ilk turdan sonra ikinci pillədə qərarlaşıb.

Simone İnzaqi ərəblərlə anlaşdı
28 May 2025 11:46
Skudettonun taleyi bizim əlimizdə deyil Simone İnzaqi
12 May 2025 18:53
Simone İnzaqi İtaliya A seriyasında rekorda imza atıb
27 Yanvar 2025 11:22
Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi
20 May 2025 20:48
Simone İnzaqi: “Lamin 50 ildə bir dəfə yaranan istedaddır”
01 May 2025 08:56

