Simonyana öldürmək üçün killerlərə pul verilibmiş Məbləğ

20.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya İstintaq Komitəsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdinə dair cinayət işinin istintaqını başa çatdırıb,

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, “National Socialism / White Power” (Milli Sosializm / Ağ Güc)  təşkilatçısı Mixail Balaşov və onun cinayət ortağı Yeqor Savelev jurnalisti 50 min dollar qarşılığında öldürmək barədə razılaşıblar. Həmçinin onun hərəkət marşrutları haqqında məlumat toplayıb, naməlum şəxslərdən silah almağı planlaşdırıblar.

Şübhəlilər FSB (Federal Təhlükəsizlik Xidməti) tərəfindən saxlanılıb. İttiham aktının təsdiqlənməsi və məhkəmə prosesinin başlanması üçün iş prokurora göndərilib.

Qeyd edək ki, 45 yaşlı Marqarita Simonyan Kremlin baş təbliğatçılarındandır. O, Bakıya qarşı kəskin mövqeyi ilə tanınır.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью