Simonyana öldürmək üçün killerlərə pul verilibmiş Məbləğ
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya İstintaq Komitəsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdinə dair cinayət işinin istintaqını başa çatdırıb,
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, “National Socialism / White Power” (Milli Sosializm / Ağ Güc) təşkilatçısı Mixail Balaşov və onun cinayət ortağı Yeqor Savelev jurnalisti 50 min dollar qarşılığında öldürmək barədə razılaşıblar. Həmçinin onun hərəkət marşrutları haqqında məlumat toplayıb, naməlum şəxslərdən silah almağı planlaşdırıblar.
Şübhəlilər FSB (Federal Təhlükəsizlik Xidməti) tərəfindən saxlanılıb. İttiham aktının təsdiqlənməsi və məhkəmə prosesinin başlanması üçün iş prokurora göndərilib.
Qeyd edək ki, 45 yaşlı Marqarita Simonyan Kremlin baş təbliğatçılarındandır. O, Bakıya qarşı kəskin mövqeyi ilə tanınır.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















