Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİNƏ VƏ BAŞ AĞRISINA QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ: Əsəb sakitləşdirici dərman kimi damotundan dəmləmə, tinktura və duru ekstrat formasında istifadə edilir.
Dozası: Dəmləməni gündə 3-4 dəfə xörək qaşığı ilə, tinkturanı 3 dəfə 25 damcı: ekstratı 3-4 dəfə 40 damcı qəbul etməli.
Sinir sistemi xəstəliklərində zəfəran tinkturası xeyirlidir. O, sinir sistemini tonuslandırır.
Dozası: Gündə 3 dəfə 25-30 damcı qəbul etməli. Əsəb sistemini sakitləşdirmək üçün bal faydalıdır.
İstifadə qaydası: Bir ay ərzində yatmazdan yarım saat əvvəl bir stəkan suya 2-3 qaşıq bal qatıb içməli.
Pişikotunun dəmləməsi, tinkturası və ekstratı sinir sistemi xəstəlikləri zamanı sakitləşdirici dərman kimi işlədilə bilər.
Qaydası: Dəmləməni gündə 3 dəfə xörək qaşığı ilə, tiknturanı 15-20 damcı, ekstratı 30-40 damcı qəbul etməli.
Tam oxu
Xəbəri oxu