Icma.az
close
up
RU
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları

Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİNƏ VƏ BAŞ AĞRISINA QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ: 

 Əsəb sakitləşdirici dərman kimi damotundan dəmləmə, tinktura və duru ekstrat formasında istifadə edilir. Dozası: Dəmləməni gündə 3-4 dəfə xörək qaşığı ilə, tinkturanı 3 dəfə 25 damcı: ekstratı 3-4 dəfə 40 damcı qəbul etməli. Sinir sistemi xəstəliklərində zəfəran tinkturası xeyirlidir. O, sinir sistemini tonuslandırır. Dozası: Gündə 3 dəfə 25-30 damcı qəbul etməli. Əsəb sistemini sakitləşdirmək üçün bal faydalıdır. İstifadə qaydası: Bir ay ərzində yatmazdan yarım saat əvvəl bir stəkan suya 2-3 qaşıq bal qatıb içməli. Pişikotunun dəmləməsi, tinkturası və ekstratı sinir sistemi xəstəlikləri zamanı sakitləşdirici dərman kimi işlədilə bilər. Qaydası: Dəmləməni gündə 3 dəfə xörək qaşığı ilə, tiknturanı 15-20 damcı, ekstratı 30-40 damcı qəbul etməli. Xardal yemək yaddaşı yaxşılaşdırır. Əncir və fındıq beyin fəaliyyətini gücləndirir, fəhmi artırır. faydalıdır. Sinir sistemi xəstəliklərində düyü yemək xeyirlidir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini gücləndirir. Xörəkdə istiot, dəfnə tumları və zəncəfil işlətmək hafizəni gücləndirir. Qoza mürəbbəsi sinir sistemi üçün faydalı vasitələrdəndir. Bu məqsədlə şam qozasının içini çıxarır, bal və suda bişənədək qaynadırlar. Ədviyyat əlavə edilə bilər. Kəklikotu gülünün mürəbbəsi beyin fəaliyyətini və zchni qüvvətləndirir. Gül yağı baş və beyin üçün çox münasibdir. Buruna gülab çəkmək huşsuzluğa qarşı faydalı olmaqla bərabər, diqqəti möhkəmləndirir. Bu baxımdan yasəmən və nərgiz iyləmək də faydalıdır. Çöl kökü mürəbbəsi sinir sistemini gücləndirən vasitələrdəndir. Gül mürəbbəsi beyinin fəaliyyətini gücləndirməklə yanaşı, iflic üçün də faydalıdır. Sinir sistemi xəstəliklərində darçın işlətmək münasib sayılır. Əsəb ağrıları üçün çobanyastığı gülü işlətmək şəfaverici təsir göstərir. Qaydası: 1 xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynadılmış suda 1 saat dəmə qoyur, süzüb şəkər əlavə edərək içirlər. Əsəblər yorulanda bədmüşk gülünün və ya yarpağının dəmləməsindən İstifadə etmək məsləhət görülür. Qaydası: Bitkinin 50 qram qurudulmuş gülünü 1 litr qaynar suda 12 dəqiqə dəmləmək lazımdır (şəkər qatmaqla dadını şirinləşdirmək olar). Əsəbləri möhkəmləndirmək üçün badam təsirli vasitələrdən hesab olunur. İstifadə qaydası: Badamı isladıb qabığını soyaraq hər dəfə 10 ədəd yemək məsləhət görülür. Əsəbilik hallarında və yuxu qaçdıqda yatmazdan əvvəl alma yemək məsləhət görülür. Yuxusuzluq dərmanı kimi itburnu meyvəsi münasib sayılan vasitələrdəndir. İstifadə qaydası: Təzə dərilmiş və quru meyvələrdən 50 qram götürüb ortadan kəsərək 1 litr soyuq suda 3 saat islağa qoyurlar. Sonra onu mülayim od üzərində 5 dəqiqə qaynadır, 15 dəqiqə dəmə qoyub, şəkər əlavə edərək gün ərzində bir neçə dəfə içirlər. Zehni əməklə məşğul olanlara çoxlu soğan işlətmək məsləhət görülür. Yuxusuzluq hallarında pərpələng bir dərman vasitəsi kimi işlədilə bilər. Bu məqsədlə 25 qram pərpələngi 1 litr suda dəmləyib içməli. Əsəb xəstəliyi hallarında 5-10 gün ərzində yarpız və kəklikotunu dəmləyib içmək məsləhət görülür. Sklerozu sarımsaqdan hazırlanmış ekstrat ilə müalicə etmişlər. Yuxusuzluq hallarında işlədilən vasitələrdən biri pişikotunun dəmləməsidir. İstifadə qaydası: Bitkinin quru kökündən 60-100 qram götürür, 1 litr suda 12 saat saxlayıb süzürlər. Yatmazdan əvvəl 1 fincan içməli. Baş gicəllənməsi hallarında gündə 2-3 diş sarımsaq yemək faydalıdır. Bu, həm də baş ağrılarını kəsir. Darçın yağını bədənə sürtmək və onunla masaj etmək iflic və titrəmə zamanı xeyirlidir. Bal baş ağrısını sakitləşdirir. Bu məqsədlə bir ay ərzində yatmazdan yarım saat əvvəl bir stəkan suya 2-3 qaşıq bal qatıb içməli. Gavalı şərbəti və ispanaq xörəkləri baş ağrısını sakitləşdirir. Baş ağrıyanda zoğal qurusu işlətmək şəfaverici təsir edir. İstifadə qaydası: Yarım stəkan zoğal qurusunu qaynadıb süzür, sonra əl ilə ovub tumunu çıxarırlar. Ona 100 gram düyü, 1 xörək qaşığı un əlavə edib bişirirlər. Yeyərkən 2 xörək qaşığı şəkər tozu əlavə edilir. Baş ağrısı üçün çobanyastığı işlətmək şəfa verər. İstifadə qaydası: 1 xörək qaşığı quru çobanyastığı gülünü 100 ml qaynanmış suda 1 saat dəmə qoyur, süzüb şəkər əlavə edərək içirlər.

Sevinc Hüseynova 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri