Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. 71 milyon 630 min dollar mükafat fonduna malik London turnirinə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, qadınların turnirində final oyunu keçirildi.
Amma İqa Sventeklə Amanda Anisimovanın duelində heç bir inriqa yaşanmadı.
Polşalı tennisçi cəmi 57 dəqiqə davam edən görüçdə rəqibə bir qeym də vermədi.
Karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirində finalda oynayan Amerika təmsilçisi Sventekə müqavimət göstərə bilmədi.
Polşalı karyerasında ilk dəfə “Uimbldon”un, 6-cı dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi oldu.
O, əvvəllər 4 dəfə Fransa (2020, 2022, 2023, 2024), 1 dəfə isə ABŞ Açıq Çempionatında (2022) qələbə qazanıb.Kişilər arasında turnirdə də final oyunu keçirildi.
Dünya reytinqinin 1 nömrəsi Yannik Sinner 2 nömrə Karlos Alkarasın müqavimətini 3 saat 6 dəqiqə ərzində qırdı.