Icma.az
close
up
RU
Sinner Alkarasdan “Rolan Qarros”dakı məğlubiyyətin

Sinner Alkarasdan “Rolan Qarros”dakı məğlubiyyətin

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

71 milyon 630 min dollar mükafat fonduna malik London turnirinə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, qadınların turnirində final oyunu keçirildi. Amma İqa Sventeklə Amanda Anisimovanın duelində heç bir inriqa yaşanmadı.
Polşalı tennisçi cəmi 57 dəqiqə davam edən görüçdə rəqibə bir qeym də vermədi. Karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirində finalda oynayan Amerika təmsilçisi Sventekə müqavimət göstərə bilmədi. Polşalı karyerasında ilk dəfə “Uimbldon”un, 6-cı dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi oldu. O, əvvəllər 4 dəfə Fransa (2020, 2022, 2023, 2024), 1 dəfə isə ABŞ Açıq Çempionatında (2022) qələbə qazanıb.
Kişilər arasında turnirdə də final oyunu keçirildi. Dünya reytinqinin 1 nömrəsi Yannik Sinner 2 nömrə Karlos Alkarasın müqavimətini 3 saat 6 dəqiqə ərzində qırdı. Karyerasında ilk dəfə “Uimbldon”un qalibi olan 23 yaşlı italiyalı tennisçi bu il “Rolan Qarros”un finalında ispaniyalıdan aldığı məğlubiyyətin əvəzini çıxa bildi. Sinnerin buna qədər iki dəfə (2024, 2025) Avstraliya Açıq Çempionatının, bir dəfə (2024) isə “US Open”in qalibi olduğunu da xatırladaq. Ümumiyyətlə, italiyalı ulduz fərdi hesabda ATP səviyyəli 20 yarışda qalib gəlib. 22 yaşlı Alkaras ATP səviyyəli 21 turnirin qalibidi. Onun indiyə qədər “Böyük dəbilqə” seriyalı 5 turnirdə rəqib tanımadığını da xatırladaq.
Reaksiyalar
İqa Sventek:

“Düzünə qalsa, bunu heç arzulamırdım da. Özümü təcrübəli oyunçu sayıram, artıq “Dəbilqə” turnirlərini qazanmışam, ancaq bu uğuru gözləmirdim. Komandam sağ olsun, onlar mənə özümdən çox inanırdı. Bu il bizə qoşulan məşqçimə də təşəkkür etmək istəyirəm. Eniş-yoxuşlar oldu, ancaq sonda çalışmalarımız bəhrə verdi”.


Amanda Anisimova:

“Əsəbləşirdim ki, bunda da qəribə heç nə yoxdu. Dünən məşq edə bilmədim. Düşünürəm ki, sadəcə, çox yorulmuşam. Hətta səhərki isinmə hərəkətlərində də bu hiss olunurdu. Çoxlu fasilə verməli oldum. Hesab edirəm ki, “Böyük dəbilqə” turnirlərinin ikihəftəlik gərginliyinə dözmək üçün fiziki formam üzərində daha çox çalışmalıyam. Bu isə asan vəzifə deyil. Bir çox məsələdə mükəmməlləşməliyəm. Bu turnir həyəcanın öhdəsindən necə gəlməklə bağlı mənə təcrübə qazandırdı. Ən azı indi belə təcrübəm var”.

Yannik Sinner:

“Parisdə çox ağır məğlubiyyətlə üzləşmişdm, odu ki, indi emosiyalarım aşıb-daşır. Ancaq son nəticədə qalib gəlmək və ya uduzmaq önəmli deyil. Sadəcə, nəyi doğru etmədiyini anlamaq və bunun üzərində işləmək lazımdı. Məhz belə də etdik. “Rolan Qarros”dakı məğlubiyyəti qəbul edərək işləmək yolunu tutduq. İndi kuboku əlimdə tutmağımın səbəblərindən biri budu. Sağlam, yaxşı adamların əhatəsində olduğuma görə Tanrıya minnətdaram. Bu titul mənim üçün çox şey deməkdi”.

Karlos Alkaras:

“Məğlubiyyət heç vaxt xoş deyil. Xüsusən də finaldakı məğlubiyyət. Ancaq ümumilikdə bu iki həftə ərzində ot örtükdə etdiklərimlə qürur duyuram. Kortu başıuca tərk etdim. Ona görə ki, bu gün əlimdən gələni əsirgəmədim. Sadəcə, qeyri-adi oyun göstərən rəqibə qarşı oynadım. Məğlubiyyətə görə bir qədər kədərliyəm, ancaq həm də başıuca”.


final
Kişilər, fərdi

Sinner (İtaliya, 1) - Alkaras (İspaniya, 2) 4:6, 6:4, 6:4, 6:4
Cütlərin yarışı
Keş/Qlasspul (B.Britaniya, 5) – Xidzikata/Pel (Avstraliya/Niderland) 6:2, 7:6 (7:3)
Qadınlar, fərdi
Sventek (Polşa, 8) - Anisimova (ABŞ, 13) 6:0, 6:0
Cütlərin yarışı
Kudermetova/Mertens (Rusiya/Belçika, 8) – Suvey/Ostapenko (Çin Taybeyi/Latviya) 3:6, 6:2, 6:4
Mikst
Sinyakova/Verbek (Çexiya/Niderland) – Stefani/Solsberi (Braziliya/B.Britaniya) 7:6 (7:3), 7:6 (7:3)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyul 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri