“Sıravi fəhlədən məhkumluq arayışı niyə istənilsin ki?!” | Icma.az
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Əmək Məcəlləsinin 48-ci maddəsinə görə, tələb olunan məhkumluq haqqında arayış bir sıra iş yerləri üçün bəhanə təşkil edir.
Xüsusən, keçmişdə məhkumluğu olmuş qadınlar üçün işsizlik böyük bir problemdir”.
Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O vurğulayıb ki, aidiyyəti dövlət qurumlarının bu sahədəki fəaliyyəti çox zəifdir: “Bu, faktiki olaraq, keçmiş məhbusların işsizliyinə, diskriminasiyaya məruz qalmasına və hətta yenidən cinayət törətməsinə səbəb olur.
Belə insanlara qarşı həssaslıq və anlayış lazımdır. Əmək Məcəlləsinin 48-ci maddəsinə görə, tələb olunan məhkumluq haqqında arayış bir sıra
Xüsusən, keçmişdə məhkumluğu olmuş qadınlar üçün işsizlik böyük bir problemdir. Mənim həmişə tənqid etdiyim Əmək Müfəttişliyi var.
O qurumu niyə yaradıblar, bilmirəm. Əmək Müffətişliyinə kimsə gedib şikayət etsə belə, onlar heç bir yoxlama aparmır.
Tam oxu
Xəbəri oxu