Icma.az
close
up
RU
“Sıravi fəhlədən məhkumluq arayışı niyə istənilsin ki?!”

“Sıravi fəhlədən məhkumluq arayışı niyə istənilsin ki?!”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əmək Məcəlləsinin 48-ci maddəsinə görə, tələb olunan məhkumluq haqqında arayış bir sıra iş yerləri üçün bəhanə təşkil edir. Xüsusən, keçmişdə məhkumluğu olmuş qadınlar üçün işsizlik böyük bir problemdir”.

Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O vurğulayıb ki, aidiyyəti dövlət qurumlarının bu sahədəki fəaliyyəti çox zəifdir:

“Bu, faktiki olaraq, keçmiş məhbusların işsizliyinə, diskriminasiyaya məruz qalmasına və hətta yenidən cinayət törətməsinə səbəb olur. Belə insanlara qarşı həssaslıq və anlayış lazımdır.

Əmək Məcəlləsinin 48-ci maddəsinə görə, tələb olunan məhkumluq haqqında arayış bir sıra iş yerləri üçün bəhanə təşkil edir. Xüsusən, keçmişdə məhkumluğu olmuş qadınlar üçün işsizlik böyük bir problemdir.

Mənim həmişə tənqid etdiyim Əmək Müfəttişliyi var. O qurumu niyə yaradıblar, bilmirəm. Əmək Müffətişliyinə kimsə gedib şikayət etsə belə, onlar heç bir yoxlama aparmır.

Əmək və Sosial Müdafiə Nazirliyi də bu sahədə çox zəifdir. Vətəndaş cəmiyyətləri olaraq, bacardığımız qədər keçmiş məhbusların problemlərinə həll yolları tapmağa çalışırıq. Amma gərək dövlət qurumları belə məsələlərə biganə yanaşmasın”. 

Mirvari Qəhrəmanlı vurğulayıb ki, xüsusən, məhkumluğu yekunlaşmış yeniyetmələrin işlə təmin edilməsi çox önəmlidir:

“Ailə üzvlərim Çexiyada yaşayır, özüm də ilin yarısını orada oluram. Müşahidə etmişəm, məhkumluq arayışını bilirsiniz kimdən istəyirlər, sərnişin daşınması ilə məşğul olan sürücülərdən. Məsələn, güc strukturlarında, təhlükəsizlik xidmətlərində işə düzəlmək istəyən şəxsdən bu arayışı tələb etmək olar. Bu, başa düşüləndir. Amma sıravi fəhlədən məhkumluq arayışı niyə istənilsin ki?!

Həbsdən çıxanların işdən təmin edilməsinə xüsusi nəzarət və dəstək lazımdır. Xüsusən, yeniyetmələrin. Onların gələcəyini düşünmək lazımdır. Axı onlar ölkəmizin gələcəyidir. Heç kim pis hadisədən sığortalanmayıb”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri