Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Şirin biyan kökü haqqında Latınca Glycyrrhiza glabraTürkcə. Meyan kökü.İngiliscə.
LicoriceRusca. Solodka. Yayılması Biyan bitkisi Azərbaycanın deyərdim ki, hər yerində alaq bitkisi bitkisi kimi bitməkdədir.
Amma daha çox Şirvan, kür araz ovalığında bitməkdədir. Bitkiyə Azərbaycanda bəzən Azərbaycan jenşenidə deyirlər.
Biyan tək Azərbaycanda yox orta Asiyada, Türkiyədə, İranda, Rusiyanın cənubunda, Hindistanda, Cənubi Avropada yabanı halda bitir.
Biyan bitkisi bir çox dövlətlərdə artıq becərilir. Artıq Azərbaycanda da biyan sahələri salınmışdır.
Azərbaycandan dünyanın bir çox dövlətlərinə biyan kökü və biyan ekstraktı ixrac olunur.
Botanikası Biyan bitkisi təxminən 1 metrə yaxın kol bitkisidir.çox illik bir bitkidir, yarpaqları bir birinə paralel tüksüz tünd yaşıl rəndədir.
Bitki balaca balaca çox və seyrək çiçəklər çiçəkləyir. Toxumları çox toxumludur.