Icma.az
close
up
RU
Şirin biyan kökü haqqında hər şey

Şirin biyan kökü haqqında hər şey

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Şirin biyan kökü haqqında

Latınca Glycyrrhiza glabra
Türkcə. Meyan kökü.
İngiliscə.  Licorice
Rusca. Solodka.

Yayılması

Biyan bitkisi Azərbaycanın deyərdim ki, hər yerində alaq bitkisi bitkisi kimi bitməkdədir. Amma daha çox Şirvan, kür araz ovalığında bitməkdədir. Bitkiyə Azərbaycanda bəzən Azərbaycan jenşenidə deyirlər. Biyan tək Azərbaycanda yox orta Asiyada, Türkiyədə, İranda, Rusiyanın cənubunda, Hindistanda, Cənubi Avropada yabanı halda bitir. Biyan bitkisi bir çox dövlətlərdə artıq becərilir. Artıq Azərbaycanda da biyan sahələri salınmışdır. Azərbaycandan dünyanın bir çox dövlətlərinə biyan kökü və biyan ekstraktı ixrac olunur.

Botanikası

Biyan bitkisi təxminən 1 metrə yaxın kol bitkisidir.çox illik bir bitkidir, yarpaqları bir birinə paralel tüksüz tünd yaşıl rəndədir. Bitki balaca balaca çox və seyrək çiçəklər çiçəkləyir. Toxumları çox toxumludur.

Kimyəvi tərkibi

Triterpen saponinləri 5-23%, Qlisirizin, saxarozadan 100 qat şirin olan 24-hidrooksiqlisirizin, biyan kökünün tərkibində 30-dan çox flavanoidlər var ( bunlar likviritin, ramnolikviritin, izokversetin, rutin, saponaretin, uralozid, astraqlin və sair) , qliserizin turşusu, C vitamini.

Şirin biyan kökünün tibbdə istifadəsi Bakteriostatik təsiri var. Viral infeksiyalar əleyhinə təsiri vardır. Mukolitik və antitussiv təsiri vardır. İltihab əleyhinə qan kəsici təsir (antiflogistik təsir) Spazmolitik təsir. Mədə turşuluğu əleyhinə təsir. Antiallergik təsir. Göbələk əleyhinə antigunqal təsir. Antimikrob təsir. Antioksidant təsir. Yan təsirləri

Tərkibində hormonlarabənzər təsirli triterpen saponinləri olduğu üçün uzun müddət istifadə olunması məsləhət görlmür, gündə 50 qram və ondan artıq istifadə edildikdə hüceyrədə  Natrium və  Kalium nisbətlərində pozulmalar baş verir. Beləki kaliumun bədəndən çıxarmasını sürətləndirir. Yüksək dozada qəbulu baş ağrıları, təzyiq yüksəlməsi, şəkərin qalxması ilə nəticələnir.

Hansı  hallarda stifadə etmək olmaz.

Yüksək təzyiqdə, şəkər xəstəliyində, hamiləlikdə, süd vermə dövrlərində,  qaraciyər sirrozunda, kalium azlığında, uzun müddət sidikqovucudərmanlar içilirsə dərmanlarla birgə istifadə edilməməlidir, hormonal dərmanlarla birgə istifadə edilməməlidir.

DİQQƏT: Biyan kökünü 6 həftədən çox istifadə etmək olmaz.

Şirin biyan kökünün xalq təbabətində istifadəsi

Biyan kökü hələ lap qədim zamanlardan həm dərman bitkisi kimi həmdə sarı rəng almaq təbii xammal mənbəyi kimi istifadə edilmişdir. Biyan kökü bədən zəifliyində, halsızlıqda, bronxitlərdə, vərəmdə, allergiyalarda, imunitet zəifliyində və sairələrdə xalq təbabətində həmişə istifadə edilmişdir. Biyan kökü ağ ciyər xəstəliklərində əsasəndə kəskin respirator virus xəstəliklərində və xroniki bronxitlərdə olduqca faydalı bir dərman bitkisidir. Sinə yumşaltmaq bəlğəmi təmizləmək üçün mükəmməl bir vasitədir.  Səs tutulmalarında İnaq olmalarda göy öskürəklərdə biyan kökünü süddə dəmləyib içməyi məsləhət görürəm qəbuldan 3 gün sonra artıq faydasını görəcəksiniz.

Bir dəfə işdə zəif bir işçimiz var idi o qədər arıq və halsız idi ki, halına görə sanki ağır xəstəliyi olduğunu düşünmək olardı. Bu adama biyan köklərinin dəmləməsini içməyi məsləhət gördüm. Adam təxminən 1 ay qəbul etdikdən sonra tamamilə dəyişdi. Rəngi və iştahı tamam normallaşdı. Adam həmdə maraqlı bir epizod danışdı. Dedi ki, mən rayondanam sahələrimiz var öz sahələrimizdən alaq otu kimi  bu biyanın kökünü kəsə bilmirik ki, nəsə əkə bilək mən bilməzdim ki, biyan bu qədər xeyirliymiş.  Biyan kökünün dəmləməsi mədə bağırsaq xəstəliyi üçündə çox faydalıdır. Beləki biyan dəmləməsi mədə turşuluğunu neytrallaşdırır, mədə qıcıqlanmasının qarşısını alır. Çox güclü bir yarasağaldıcıdır. Biyan çayı həmdə qəbizliyi aradan qaldırır, çayın qəbulu ishal etməsədə nəcisi yumşaldır və bununlada babasilin müalicəsində effektlidir.  Biyan kökünün dəmləməsinin yüksək tempratur zamanı qəbulu həm tempraturun düşməsinə səbəb olur, həmdə orqnizmin müqavimətini qaldırır. Biyan kökünün bişirməsi qaraciyər xəstəliklərində, qaraciyər çatışmazlığında qaraciyər çatışmazlığından qaynaqlanan bütün xəstəliklərdə faydalıdır. Qaraciyərin çatışmazlığını göstərən qan analizlərində (ALT, AST, XOLESTERİN, TRİQLİSERİDLƏR, BİLRUBİNLƏR) kimi hormon yüksəkliklərində içilməsi çox faydalıdır. Qaraciyər sirrozlarında çox faydalıdır. Qaraciyər çatımazlığından və qan dövranı pozğunluqlarından sonra dəridə əmələ gəlmiş ləkələr sızanaqlar, çivzələr, çiban, və kor çibanların müalicəsində də biyan çayının içilməsi faydalıdır.  

Farmakoloji təsirləri (Biyanın elmi araşdırmaları)

Antifunqal təsiri.  Antifunqal təsir yəni göbələklər əleyhinə təsir deməkdir. Biyan kökü dəmləməsi müxtəlif mənşəli göbələklər əleyhinə dəri, dırnaqarası və daxili göbələklər əleyhinə təsirləri öyrənilmiş və olduqca güclü bir təsiri ortaya çıxmışdır.

Antimikrob təsiri. Biyan kökünün dəmləməsi (10 faizli nəzərdə tutulur) stafilokoklara qarşı olduqca gücle bir təsir göstərmişdir. Buna görədə daxilə qəbulu revmatizma xəstəliyində, ağ ciyər infeksiyalarında, öskürəklərdə faydalıdır.

Antiviral təsir.  Biyan kökünün dəmləməsi viruslar əleyhinə də öyrənilmişdir. Köklərin dəmləməsi əsasəndə qlisirizin turşusunun viruslar əleyhinə təsiri olduğu sübut edilmişdir. Bununlada biyan dəmləməsindən Hepatitlərdə, QİÇS xəstəliyində, müxtəlif mənşəli qriplərdə istifadə olunması faydalıdır. Virus xəstəliklərinin profilaktikası üçündə biyan kökünün dəmləməsi faydalıdır.

Antioksidant  təsir.  Aparılmiş elmi araşdırmalardan məlum olmuşdur ki, biyan dəmləməsi bədəndə ziyanlı xolesterin sayılan LDL miqdarını azaltmışdır yəni oksidləşməsini artırmışdır, daha sonra məlum olmuşdur ki, biyan çayı bədəndə toplaşmış ağır metal duzlarını özünə hopduraraq bədəndən çıxarılmasını sürətləndirmişdir.

Yara əleyhinə təsiri.  Siçanlara yüksək dozada əvvəlcə aspirin və sulfanlamid preparatları verilmiş sonra bu siçanlar 2 qrupa bölünmüş bir hissələrinin  mədələrində əmələ gəlmiş qastritlərin müalicəsində biyan dəmləməsindən istifadə edilmişdir. Biyan dəmləməsi və dəmləmə hopdurulmuş yeməklərlə qidalanan siçanlar daha tez sağalmışlar.

Biyan kökünün dəmləməsi

Biyan kökünün dəmləməsi atopik dermatitlərdə və qırmızı qurd eşənəyində xəstələrə təyin olunmuş xəstəliyin gedişatında 40-60 faiz yaxşılaşmalar qeyd edilmişdir.

Sonda, bu yazı biyan kökü haqqında ümumi məlumat idi biyan kökünün hansı xəstəliklərdə və hansı bitkilərlə necə qarışdırıb və  necə istifadə etməni qarşıdakı yazılarımızda oxuya bilərsiniz. 

fizulihuseynov.com

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:672
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri