Şirin qarpızın şifrəsi tapıldı | Icma.az
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yay mövsümünün vazkeçilməzi qarpız mövqeyini heç bir meyvə və giləmeyvəyə təslim etmir.
Dadlı, ləzzətli, sərinlədici olmaqla yanaşı, həm də çox faydalı olan qarpızın yaxşısını, pisini ayırd etməyi isə hamı bilmir.
News24.az “Milliyet.com.tr”yə istinadən qarpız seçərkən diqqət edilməli nüansları təqdim edir.
Zahirən yaxşı görünən hər qarpızın içi eyni dərəcədə şirin və dadlı olmur.
İşinizi asanlaşdıracaq bəzi məsləhətlər sayəsində ən şirin və təzə qarpızı seçə bilərsiniz.
Qarpız seçərkən ən çox istifadə edilən üsullardan biri də qarpızı yumşaq bir şəkildə vuraraq çıxan səsə qulaq asmaqdır.
Qarpızı əlinizlə və ya barmaqlarınızla vurduqda dərin, dolğun səs eşidirsinizsə, bu, qarpızın dolduğuna və yetişdiyinə işarədir.
Tam oxu
Xəbəri oxu