Şirkət təsis edilən gün bank ona 40 milyon krediti necə ayırıb? Şlyapa Zahidin məhkəməsi |…
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Vaxtilə “AtaBank”da çalışmış şahid Şəhla Abdurəhmanova ifadəsində bildirib ki, kredit müqaviləsini müvafiq şöbə təsdiqlədikdən sonra imzalayıb: “Kredit verildikdən sonra müştəri yaxınlaşır, müqaviləni imzalayır.
Müqavilənin məbləği 10 mindən yüksək olarsa, komissiya şöbəsində yoxlama keçirilir.
Şöbənin əməkdaşları müqaviləyə əsasən, protokol və çıxarış hazırlayır, müqaviləni şöbə müdiri imzalayır.
Protokol və çıxarış bizə çatdıqdan sonra müqaviləni təsdiqləyirik. “Şahin-CO” şirkəti ilə olan müqaviləni dəqiq xatırlayıram.
Çünki, kreditin məbləği 40 milyona yaxın olub. Dəqiqliyi ilə məbləği xatırlamıram.
Tam oxu
Xəbəri oxu