Icma.az
close
up
RU
Şirkət təsis edilən gün bank ona 40 milyon krediti necə ayırıb? Şlyapa Zahidin məhkəməsi

Şirkət təsis edilən gün bank ona 40 milyon krediti necə ayırıb? Şlyapa Zahidin məhkəməsi

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Vaxtilə “AtaBank”da çalışmış şahid Şəhla Abdurəhmanova ifadəsində bildirib ki, kredit müqaviləsini müvafiq şöbə təsdiqlədikdən sonra imzalayıb: “Kredit verildikdən sonra müştəri yaxınlaşır, müqaviləni imzalayır. Müqavilənin məbləği 10 mindən yüksək olarsa, komissiya şöbəsində yoxlama keçirilir. Şöbənin əməkdaşları müqaviləyə əsasən, protokol və çıxarış hazırlayır, müqaviləni şöbə müdiri imzalayır. Protokol və çıxarış bizə çatdıqdan sonra müqaviləni təsdiqləyirik. “Şahin-CO” şirkəti ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub. Dəqiqliyi ilə məbləği xatırlamıram. Xəbər saytlarından oxumuşam, “Şahin-CO” şirkətindən müqaviləni imzalayan kimi Zahid Niftəliyev qeyd olunub. Mən şəxsən müştəri ilə görüşmədiyim üçün onu görməmişəm, tanımıram. “Şahin-CO” şirkəti üçün də protokol və çıxarışı olub. Sonra şirkətin cari hesabına kredit köçürülüb. Səlahiyyətli nümayəndə kimi mən və idarə heyətinin sədri Dəyanət Quliyev həmin müqaviləni imzalayıb. Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib”.

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Buna görə də, şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, “Şahin-CO” şirkəti kredit verilən gün təsis olunub. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dediyini bildirib. Ona “Sən qarışma, nə deyilir onu da et” cavabı verilib. Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb.

Şahid ifadəsini təsdiq edib, lakin Zahid Niftəliyevi gördüyünü xatırlamadığını əlavə edib. Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb. (APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri