Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hesab olunur ki, konfet, pirojnalar və qazlı içkilər qaçılmaz olaraq kariyesə səbəb olur. Lakin şirin qidalar öz-özlüyündə dişləri dağıtmır.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya müsahibəsində ortodont Mariyana Baragunova danışıb. "Şəkər diş minasını birbaşa dağıtmır.
Təhlükə yalnız şirniyyat qalıqları dişlərin səthində və onların arasında qaldıqda yaranır.
Bu mühitdə bakteriyalar sürətlə çoxalır və turşular ifraz edir.
Məhz həmin turşular kariyesin əsas səbəbi olur", – deyə mütəxəssis izah edib.
Həkimin sözlərinə görə, xüsusilə yapışqan quruluşa malik məhsullar təhlükəlidir: iris konfetləri, karamellər, marmeled, zefir və şokolad batonları.
Bu şirniyyatlar uzun müddət ağız boşluğunda qalır, minaya yapışır və çətin təmizlənən yerlərdə saatlarla qala bilir.