Icma.az
close
up
RU
Şirniyyat yeməyi xoşlayanlara ŞAD XƏBƏR Hər kəs oxusun

Şirniyyat yeməyi xoşlayanlara ŞAD XƏBƏR Hər kəs oxusun

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hesab olunur ki, konfet, pirojnalar və qazlı içkilər qaçılmaz olaraq kariyesə səbəb olur. Lakin şirin qidalar öz-özlüyündə dişləri dağıtmır.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya müsahibəsində ortodont Mariyana Baragunova danışıb.

"Şəkər diş minasını birbaşa dağıtmır. Təhlükə yalnız şirniyyat qalıqları dişlərin səthində və onların arasında qaldıqda yaranır. Bu mühitdə bakteriyalar sürətlə çoxalır və turşular ifraz edir. Məhz həmin turşular kariyesin əsas səbəbi olur", – deyə mütəxəssis izah edib.

Həkimin sözlərinə görə, xüsusilə yapışqan quruluşa malik məhsullar təhlükəlidir: iris konfetləri, karamellər, marmeled, zefir və şokolad batonları. Bu şirniyyatlar uzun müddət ağız boşluğunda qalır, minaya yapışır və çətin təmizlənən yerlərdə saatlarla qala bilir.

Şirin qazlı içkilər də az təhlükəli deyil. Həkim qeyd edib ki, limonad və energetik içkilərdəki şəkərlə turş mühitin birləşməsi minanın dağılmasını sürətləndirir. Əgər bu cür içkilər mütəmadi qəbul olunarsa və ağız gigiyenasına diqqət edilməzsə, kariyesin inkişaf riski dəfələrlə artır.

Bununla belə, ortodont hesab edir ki, şirniyyat "tam zərər" deyil.

"Əgər dişlər düzgün və müntəzəm təmizlənirsə, əlavə gigiyena vasitələrindən – diş ipi və irrigatordan istifadə olunursa, şirniyyat dişlərə ciddi zərər vurmayacaq. Məsələ məhsulun özündə deyil, onun ağız boşluğunda nə qədər qalmasındadır", – deyə o bildirib.

Baragunova əlavə edib ki, effektiv diş təmizlənməsi ən azı iki dəqiqə çəkməli və gündə iki dəfə aparılmalıdır. Təkcə ön səthlər deyil, həm də yan hissələr, diş araları və diş əti xətləri təmizlənməlidir.

"O amillər birləşdikdə – şirin qida, zəif gigiyena və stomatoloqa nadir müraciət – dişlər qaçılmaz olaraq zədələnir. Amma qaydalara riayət olunarsa, sevimli desertdən zövq almaq tamamilə təhlükəsizdir", – deyə həkim yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Sentyabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri