Şirvanda “Planet” ticarət mərkəzində dava: mühafizəçi xəsarət aldı TƏFƏRRÜAT | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şirvan şəhərində “Planet” ticarət mərkəzində dava olub, müştəri orada mühafizəçiyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 9-da baş verib.
Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Ceyhun həmin gün saat saat 13:34-də “Planet” ticarət mərkəzində aldığı qadın gödəkcəsini yenisi ilə əvəz edilməsini bildirib və səs-küy yaradıb, ucadan nalayiq ifadələr işlədib.
Daha sonra həmin ticarət mərkəzində mühafizəçi kimi çalışan və onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Şirvan şəhər sakini Əlikram onun aldığı gödəkçənin etiketinin olmadığından dəyişdirilməsinin mümkün olmamasını izah edib.
Bundan sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən kəllə və yumruqla vurub.
Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tam oxu
Xəbəri oxu