Icma.az
close
up
RU
Şirvanda “Planet” ticarət mərkəzində dava: mühafizəçi xəsarət aldı TƏFƏRRÜAT

Şirvanda “Planet” ticarət mərkəzində dava: mühafizəçi xəsarət aldı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan şəhərində “Planet” ticarət mərkəzində dava olub, müştəri orada mühafizəçiyə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 9-da baş verib. Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Ceyhun həmin gün saat saat 13:34-də “Planet” ticarət mərkəzində aldığı qadın gödəkcəsini yenisi ilə əvəz edilməsini bildirib və səs-küy yaradıb, ucadan nalayiq ifadələr işlədib. 
Daha sonra həmin ticarət mərkəzində mühafizəçi kimi çalışan və onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Şirvan şəhər sakini Əlikram onun aldığı gödəkçənin etiketinin olmadığından dəyişdirilməsinin mümkün olmamasını izah edib. 
Bundan sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən kəllə və yumruqla vurub. 
Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O ifadəsində göstərib ki, noyabrın 9-da bacısı ilə birlikdə Şirvan şəhərində yerləşən “Planet” ticarət mərkəzinə gedib: 
“Bacım mağazaya tək daxil oldu. Mən isə çöldə gözlədim. Bacısı mağazaya daxil olaraq mənim arvadım üçün gödəkcə almışdı. Evə qayıtdıqdan sonra arvadım paltarı geyinərək yoxlayan zaman aldığımız gödəkcənin əyninə qısa olmasını gördük. Sonradan isə bacım gedərək gödəkcəni başqası ilə əvəz etmək istəsə də, mağazada dəyişmədilər. Bacım gələrək bu barədə mənə dedikdən sonra yenidən onunla birlikdə mağazaya getdik. Kassaya yaxınlaşaraq gödəkcəni dəyişdirmək istədiyimi və daha böyük ölçüdə, eyni gödəkcə almaq istədiyimi dedim. Kassada əyləşən tanımadığım qadın işçi paltarı dəyişə bilməyəcəyini, paltardan yemək qoxusu gəldiyini bildirdi. Mənim kassir ilə danışığıma mağazada olan mühafizəçi, sonradan Əlikram olduğunu bildiyim şəxs yaxınlaşdı və “nə məsələdir?” deyə soruşdu. Mən də həmin mühafizəçiyə dedim ki, aldığım paltarı dəyişmirlər, guya paltardan yemək qoxusu gəlir. Həmçinin yemək qoxusunun paltardan deyil, ticarət mərkəzinin mətbəxindən gəldiyini, həmin qoxunun da bütün paltarların üzərinə hopduğunu dedim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, buna baxmayaraq mühafizəçi və kassir paltarı dəyişmək istəmədiklərini bildiriblər: 
“Mən Vətən müharibəsi iştirakçısı olmaqla müharibə zamanı yaralanmışam. Bundan sonra  əsəblərimdə problemlər yaranıb və tez özümdən çıxaraq əsəbləşmişəm. Satıcının və mühafizəçinin davranışından əsəbləşdiyimdən, həmçinin həmin vaxt mağazada olan elektrik işləyən şəxsin də irad bildirdiyindən əsəbləşərək özümdən çıxdım. Masanın üzərinə yumruqla zərbə endirdim. Mübahisə zamanı mühafizəçiyə bir dəfə kəllə ilə və bir dəfə də yumruqla sifətinə zərbə vurdum. Onu yerə yıxdım. Daha sonra dəyişmək istədiyim paltarı da götürərək mağazadan uzaqlaşdım”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda müharibə iştirakçısı olduğunu, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “ Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini deyib. Bildirib ki, üçüncü dərəcəli əlildir. 
O, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını da qeyd edib. 
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Ceyhun 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddətində Sabirabad rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Ona yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməməsi tapşırılıb. 
Bundan başqa, ona cəza müddətində elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri